Astara Rayon Mərkəzi Kitabxanasının qarşısında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır” mövzusunda VII Kitab bayramı keçirilib. DSİA-nın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə çıxış edənlər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2007-ci ildən başlayaraq respublikanın regionlarında keçirilən Kitab bayramının mədəniyyət sahəsində canlanmaya səbəb olduğunu bildiriblər.
Kitab bayramında “Xilas edilmiş müstəqillik”, “Mən fəxr edirəm ki, Azərbaycanlıyam”, “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, “Azərbaycanın cənub mirvarisi Astara”, “İşıqlı gələcəyimiz naminə”, “Azərbaycan, dünyam mənim”, “Bura vətəndir”, “Vətəni ucaldaq” mövzularında kitab sərgiləri maraqla qarşılanıb.
Qeyd edək ki, mərasimdə rayonun bədii özfəaliyyət kollektivləri maraqlı konsert proqramı ilə çıxış ediblər.