Müdafiə Nazirliyindən kütləvi informasiya vasitələrində ötən gecə erməni hərbi birləşələrinin atəşkəsi pozması nəticəsində bir neçə azərbaycan əsgərinin qətlə yetildiyi barəsində yayılan məlumatlara cavab gəlib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yayılan məlumatlar yalandır: “Bu məlumatlar yalandır. Təxribatdır. Belə bir şey yoxdur”.
Qeyd edək ki, kütləvi informasiya vasitələri ötən gecə erməni hərbi birləşələrinin atəşkəsi pozması nəticəsində 4 Azərbaycan əsgəri və zabitinin qətlə yetildiyi barəsində məlumatlar yayılıb.
Erməni silahlı bölmələri Tərtər rayonu istiqamətində atəşkəsi pozublar.Ötən gün gecə saatlarında Tərtər rayonu müxtəlif istiqamətlərdən atəşə tutulub. Atəşkəsin şiddətli xarekter daşımadığı bildirilir. Qarşı tərəf cavab atəşi ilə susdurulub. Müxbirimizin verdiyi məlumata görə, atəşkəsin pozulması nəticəsində hərbçilərimiz arasında ölən və xəsarət alan olmayıb. Hazırda bölgədə sakitlik hökm sürür.
Xatırladaq ki, sırağa gün və dünən erməni silahlı bölmələri Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Cəvahirli, Kəngərli, Tərtər rayonunun Çiləbürt, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Qarşı tərəf cavab atəşi ilə susdurulub.