Danimarkada keçirilən "Eurovision-2014" mahnı müsabiqəsinin qalibi Avstriya olub. Səsvermənin nəticəsinə əsasən, o, 290 xal toplayıb.
Azərbaycanı müsabiqədə təmsil edən Dilarə Kazımova 33 xalla 21-ci olub. O, isveçli Stefan Örnün bəstələdiyi “Start a fire” mahnısını təqdim edib.
Azərbaycana yüksək xallar San-Marino (12) və Rusiyadan (10) gəlib. Azərbaycan isə 8 balı Macarıstana, 10 balı Ukraynaya, 12 balı Rusiyaya verib.
Müsabiqədə 2-ci yeri 238 xalla Niderland, 3-cü yeri isə 218 xal toplayan İsveç təmsilçisi tutub.
Qeyd edək ki, final mərhələsində 59-cu "Eurovision" mahnı müsabiqəsinin qalibi adını qazanmaq uğrunda 26 ölkə təmsilçisi yarışıb.