Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Çinin çılğın layihəsi dünyanı heyrətləndirəcək

Çinin çılğın layihəsi dünyanı heyrətləndirəcək
Çinli mütəxəssislər dünən ABŞ-a qədər uzanan sürətli qarat layihəsini həyata keçirməyi planlaşdırdıqlarını açıqlayıblar.


Dövlət qəzeti “Bejing Times” in xəbərinə görə planlaşdırılan xətt Çinin şimal-şərqindən başlayacaq.



Sibirdən keçərək Pasifik okeanının altında inşa ediləcək tunel vasitəsi ilə Alaska və Kanadadan ABŞ-a çata biləcək. Çin Mühəndislik Akademiyasının alimlərindən Vang Mengshu qəzetə verdiyi müsahibəsində Rusiya ilə Alaska arasındakı Bering Boğazını keçmək üçün 200 km-lik dənizaltı tunelin lazım olduğunu bildirib.



Vanga görə Rusiya uzun illərdir bu layihə üzərində düşünür və iki ölkə mövzunu müzakirə etməyə hazırdır. “Çin-Rusiya, Amerika xətti” şərti adlı layihənin 13 min kilometrlik bir məsafəni birşləşdirməsi planlaşdırılır. Hazırda istifadədə olan dünyanın ən uzun xətti Trans Sibir qatar yolu isə sadəcə 9 min 289 kilometrdir. Sözügedən layihə həyat keçərsə saatda 350 km sürətlə xəttin bir ucundan digər ucuna səyahət etmək yalnız 2 günə başa gələcək.



Qəzetdə yayımlanan layihə həmçinin bir çox sual doğurub. Çin hökümətinin bu layihəylə bağlı Rusiya, ABŞ və ya Kanadaya danışıb danışmadığı ilə bağlı dəqiq məlumat yoxdur. Bering Boğazında həyata keçirilməsi planlaşdırılan tunel bənzəri olmayan bir mühəndislik istedadı tələb edir. Layihə Manş dənizində yerləşən dünyanın ən uzun tunelindən 4 qat artıq uzun bir tunel hazırlanmasını gərəkdirir.



Başqa bir dövlət qəzeti China Daily lazımi texnologiyanın hal-hazırda mövcudluğu və Çin ilə Tayvan arasında hazırlanan sürətli qatar layihəsində istifadə olunduğu bildirilir. Beijing Timesə görə bu layihə Çinin 4 beynəlxalq yüksək sürətli dəmiryolu xətti layihəsindən biridir. Layihələrdən digəri isə Çinin qərb şəhərlərindən birində -Urmçidən başlayır və Qazaxıstan-Özbəkistan-Türkmənistan- İran və Türkiyə üzərindən keçib Almaniyaya doğru uzanır.


Teqlər:
Bu xəbər cəmi 1420 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR