Azərbaycan prezidenti İlham Əliyev estoniyalı həmkarı Toomas Hendrik İlvesi Estoniya Respublikasının müstəqillik günü ilə əlaqədar təbrik edib.Məlumata görə, təbrik məktubunda deyilir: “Hörmətli cənab Prezident,
Estoniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da möhkəmlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişləndirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Estoniya xalqına sülh və firavanlıq arzulayıram”.