Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

ARDNŞ-nin Rumıniya Nümayəndəliyi "Romanian Energy Awards-2013" mükafatına layiq görüldü

ARDNŞ-nin Rumıniya Nümayəndəliyi


ARDNŞ-in Rumıniya Nümayəndəliyi "Romanian Energy Awards-2013" mükafatına layiq görülmüşdür. Bu barədə Trend-ə ARDNŞ-dən məlumat verilib.

Rumıniyanın aparıcı "Diplomat - Buxarest" jurnalının təqdim etdiyi "Romanian Energy Awards-2013" mükafatı Rumıniyanın enerji sektorunda öz sözünü deyən, məşhur şirkətlərin və menecerlərin uğurlarının tanınması və mükafatlandırılması məqsədilə verilir.



Rumıniya İqtisadiyyat Nazirliyi-Energetika Nazirliyinin nümayəndəsinin himayəsi, Rumıniya Rəqabət Şurası, Rumıniya Elektrik Təchizatçılar Assosiasiyası, Rumıniyadakı Amerika Ticarət Palatası, Dünya Enerji Şurasının Rumıniya Milli Komitəsi, Neft, Enerji və Qaz Federasiyasının dəstəyilə artıq 3-cü ildir keçirilmiş mərasim bu ölkənin enerji sektorunun aparıcı nümayəndələrini bir araya gətirmişdir. Qala tədbirdə Rumıniya hökümətinin, enerji tənzimləyici orqanlarının, enerji istehsal və paylanması, ticarət, təbii ehtiyyatlar (neft, qaz, kömür, hidro, bərpa olunan enerji vasitələri), maliyyə, hüquq, konsaltinq-məsləhət həmçinin Rumıniya iqtisadiyyatının dinamik sektorunun inkişafında iştirak edən və nəzarət edən aparıcı üzvləri iştirak etmişlər.



Təşkilat Komitəsinin (Münsiflər Heyətinin) qərarı ilə ARDNŞ-in Rumıniya Nümayəndəliyi "İlin neft və qaz layihəsi" nominasiyasında "Romanian Energy Awards-2013" mükafatına layiq görülmüşdür. Qeyd edək ki, bu mükafat neft və qaz sahəsində hazırlanmış və yüksək səviyyədə həyata keçirilmiş, beləliklə də həm səhmdarlara, həm də cəmiyyətə fayda vermiş layihələrə görə verilir. Mükafat SOCAR Rumıniya Nümayəndəliyinin rəhbəri Həmzə Kərimova təqdim olunmuşdur. Həmzə Kərimov tədbir iştirakçılarını salamlayaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cənubi Qafqaz regionda və qardaş Türkiyədə həyata keçirdiyi iri layihələr barədə məlumat vermişdir. SOCAR-ın Rumıniyadakı fəaliyyətinə toxunan Nümayəndəliyin rəhbəri bildirmişdir ki, bu ölkənin iqtisadiyyatına yatırılan sərmayələrin həcmi ilbəil artmaqdadır. Paytaxt Buxarest də daxil olmaqla Rumıniyanın iri şəhərlərində SOCAR brendi altında artıq 27 YDM istifadəyə verilmişdir.



Həmzə Kərimov digər nominasiyalarda qalib şirkətlərə gələcək işlərində uğurlar arzulamışdır.

Xatırladaq ki, "Romanian Energy Awards" şirkət və fiziki şəxslərin xüsusi layihələrdə və biznes sahəsindəki böyük uğurları, həmçinin ölkənin biznes mühitinin inkişafındakı ümumi iştiraklarını 18 nominasiya üzrə tanıyır. Rumıniya hökümətinin nümayəndələri, ölkənin biznes və vətəndaş cəmiyyətinin, enerji və təbii ehtiyyatlar sektorunda top-səviyyəli icma üzvlərinin iştirak etdiyi yüksək profilli bir tədbir, hadisədir.

Qeyd edək ki, aylıq, çap və online ingilisdilli jurnal olan Diplomat-Buxarest Rumıniyada mədəni, siyasi, iqtisadi və biznes mühitini və bu ölkənin digər dünya dövlətlərinə olan münasibətlərini öyrənir və təhlilini araşdırır.


Teqlər:
Bu xəbər cəmi 1215 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR