Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakıda daha bir park istifadəyə verildi

Bakıda daha bir park istifadəyə verildi


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində keçmiş Bakı yod zavodunun Sabunçu istehsalat sahəsinin ərazisində (Ramana qəsəbəsi) "Eco Land" adlı yeni park istifadəyə verilib.

Trend-in məlumatına görə, parkın açılışında fövqəladə hallar naziri Kəmaləddin Heydərov, digər dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Parka baxış keçirdikdən sonra K.Heydərov jurnalistlərə açıqlamasında bildirib ki, bu park 2012-ci ilin may ayına qədər keçmiş yod zavodunun ərazisi idi və burada yod istehsalı üçün müəyyən komponentlərdən istifadə olunurdu: "Yod zavodu fəaliyyətini dayandırdıqdan sonra bu ərazidə olan radioaktiv maddələr əhalinin səhhətinə pis təsir edirdi".



Nazir qeyd edib ki, keçmiş Bakı yod zavodunun daha bir istehsalat sahəsi Suraxanı ərazisində yerləşir. Eləcə də Neftçala rayonunda yod zavodu var.

K.Heydərovun sözlərinə görə, Prezident İlham Əliyevin xüsusi tapşırığına və sərəncamına əsasən, FHN 2012-ci ilin mayında bu ərazinin təmizlənməsi işinə başladı: "2012-ci ilin sentyabrında burada olan bütün zərərli torpaq Pirəküşkül qəsəbəsində xüsusi hazırlanmış yerlərə daşındı. Ondan sonra bu ərazidə park salınması qərara alındı. Təmizləmə işlərində FHN Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələri ilə birgə ərazidə radiasiyanın miqdarını ölçdü və ərazi radioaktiv maddələrdən ideal surətdə təmizlənərək zərərsiz əraziyə çevrildi".

6,5 hektar ərazisi olan bu parkda uşaqların əyləncəsi üçün qurğular, idman qurğuları və fəvvarə quraşdırılıb.



Nazir qeyd edib ki, Suraxanı istehsalat sahəsinin ərazisi 28 hektar idi. Ora sənaye zonası olduğu üçün park salınması nəzərdə tutulmayıb: "Yəqin ki, orada meşə zolaqları salınacaq".


Teqlər:
Bu xəbər cəmi 1855 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR