Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Olland Bakıya gəlir- yollar bağlanacaq

Olland Bakıya gəlir- yollar bağlanacaq
Fransa Prezidenti Fransua Ollandın Azərbaycana rəsmi səfəri ilə əlaqədar Bakıda bir sıra küçə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq.


Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.



Onun sözlərinə görə, Fransa Prezidentinin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mayın 11-i saat 17:00-dan mayın 12-si saat 16:00-dək paytaxtın bəzi küçə və prospektləri istiqamətində avtomobillərin hərəkətinə müəyyən fasilələrlə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək.



Bu müddətdə fevralın 11-i saat 17:00-dan Aeroport şossesi, Heydər Əliyev prospekti, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Puşkin küçələri, Neftçilər və Nobel prospektləri, həmçinin həmin marşrut üzrə geriyə "İçərişəhər"ə, mayın 12-də isə Mərdəkan, Buzovna, Zuğulba istiqaməti, Parlament prospekti, Heydər Əliyev prospekti istiqamətində avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyətlər qoyularaq istiqamət dəyişdiriləcək.



Bakı yol polisi bunları nəzərə alaraq, əhalidən, avtomobil sahiblərindən və sürücülərdən xahiş edir ki, bu istiqamətlər üzrə hərəkət edərkən ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük versinlər.


Teqlər:
Bu xəbər cəmi 1540 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR