Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Ölkəyə 100 kilometrə 2 manatlıq yanacaq yandıran avtomobillər gətirilə bilər

Ölkəyə 100 kilometrə 2 manatlıq yanacaq yandıran avtomobillər gətirilə bilər


"Köhnə və ekoloji cəhətdən sərfəli olmayan avtomobillər elektromobillərlə əvəz oluna bilər. Bunun üçün Azərbaycanın lazımı imkanları var".



Köhnə və ekoloji cəhətdən sərfəli olmayan avtomobillər elektromobillərlə əvəz oluna bilər. Bunun üçün Azərbaycanın lazımı imkanları var. APA TV-də efirə gedən "Sosium" verilişində iqtisadçı ekspert Samir Əliyev yeni nəsil avtomobillərin ölkəyə gətirilməsi üçün bir neçə təkliflə çıxış edib.



Son zamanlar Avropa ölkələrinin böyük maraq göstərdiyi bu avtomobillərin ölkəyə gətirilməsi üçün hökumətin elektromobillərin idxalını stimullaşdırmaq üçün dövlət proqramı qəbul edilməsini vacib sayan iqtisadçı hesab edir ki, həm yanacaq sərfi, həm ekoloji təmizliyi, həm də kiçik tutumluluq baxımından elektromobillərə sadəcə marağı artırmaq lazımdır: "100 kilometrə cəmi 1-2 avro dəyərində yanacaq sərf etmək lazım gəlir. Amma həmin məsafəyə hazırda istifadə etdiyimiz maşınlar 6-7 manatlıq yanacaq sərf edir. Bu maşınların qiyməti təxminə 20 min avrodan başlayır. Bu gün Norveç neft ölkəsi olmasına baxmayaraq, elektromobillərin sayına görə dünyada 1-ci yeri tutur. Artıq Norveç hökuməti paytaxtda elektromobillərdən başqa maşının buraxılmamasını istəyir".



İqtisadçı ekspert hesab edir ki, Azərbaycan müasir dünya ilə ayaqlaşmaq, ekoloji vəziyyəti yaxşılaşdırmaq üçün bu istiqamətdə ciddi addımlar atmalıdır. Bu addımlar nədən ibarət ola bilər?



”İlk növbədə, avtomobil parkının təzələnməsinə diqqət yetirilməlidir. Bu barədə ən azı Rusiya təcrübəsi var. Xüsusi dövlət proqramı hazırlanmalı, ekologiya üçün zərərli köhnə avtomobillərin dövriyyədən çıxarılmasına başlanmalıdır. Çoxlitrajlı avtomobillərin idxalı maksimum dərəcədə məhdudlaşdırılmalıdır. Bunun üçün xüsusi vergi rejimi tətbiq oluna bilər. Artıq Rusiya və Qazaxıstan müvafiq vergi rejimi tətbiq edir. Qənaətli və azlitrajlı maşınların, xüsusən də alternativ yanacaqla işləyən (hibrid, elektromobil) avtomobillərin idxalı stimullaşdırılmalıdır. Latviyada ötən il 3 illik proqram qəbul edilib və onun icrası üçün 30 milyon avro ayrılıb. Estoniya, Rusiya, Ukraynada da oxşar proqramlar həyata keçirilir. Məsələn, Estoniyada 2014-cü ilin əvvəlinə dövlətin köməkliyi ilə 750-yə qədər elektromobil əldə edilib”.



Samir Əliyevin fikrincə, hökumət istifadədə olan köhnə maşınları ədalətli qiymətə alıb, sürücülərə bu cür maşınları sərfəli kreditlərlə sata bilər. Bundan əlavə müəyyən güzəştlərin tətbiq edilməsi ilə əhalinin bu maşınlara marağını artırmaq olar: "Elektromobil bazarının inkişafı üçün dövlətin üzərinə çox böyük yük düşür. Bir sıra Avropa ölkələrində elektromobillə ənənəvi avtomobillərin qiymətləri arasındakı fərqi dövlət kompensasiya şəklində ödəyir. Elektromobillərin satışını stimullaşdırmağın bir yolu da vergi güzəştidir. Britaniya, Fransa, İspaniya və digər ölkələrdə elektromobil sahiblərinə vergi güzəştləri tətbiq edilir. Almaniyada elektromobil sahibləri nəqliyyat vergisindən azaddır və alış zamanı xüsusi güzəştlərə malikdirlər. Elektromobillərin satışının ən effektiv sxemi Norveçdədir. Skandinaviya ölkəsində dövlət subsidiyası almaq, pulsuz park etmək, enerjidoldurma məntəqələrini bir sıra vergi və rüsumdan azad etmək, ictimai nəqliyyat zolağından istifadə hüququ kimi üstünlüklər mövcuddur".



İqtisadçı hesab edir ki, köhnə maşınları dövriyyədən çıxarmaq üçün digər variant hibrid avtomobillərin ölkəyə idxalını sürətləndirməkdir: "Bu yaxınlarda Fransada idim. Orda artıq taksilərdə də hibridlər tətbiq edilib. Bu hibritlər saatda 60 kilometrə qədər sürət zamanı batareyadan qidalanır. Sürət həddi yalnız 60-dan yuxarı qalxdığı təqdirdə benzin işə düşür. Düzdür, Bakıda da belə maşınlar var, amma sayları çox azdır".



İqtisadçı qeyd edib ki, ABŞ elektromobillərin sayına görə dünya lideridir. Dünyada satılan hər ikinci elektromobil bu ölkənin payına düşür. 2015-ci ilədək ölkədə elektromobillərin sayının 1 milyon ədədə çatdırılması planlaşdırılır. Hazırda onların sayı 200 min ədəddir. Yaponiya 2020-ci ilə kimi elektromobillərin payını 20%-ə çatdırmağı planlaşdırır.


Teqlər:
Bu xəbər cəmi 1120 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR