“Yenimeydan.info” xəbər verir ki, səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 11-15, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında mayın 09-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək, gündüz bəzi dağlıq rayonlarda arabir güclənəcək.
Havanın temperaturunun gecə 13-17, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.