Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Şuşa: işğal səbəblərinə 22 il sonrakı baxış

Şuşa: işğal səbəblərinə 22 il sonrakı baxış
Vəfa Quluzadə: “Şuşanın verilməsində gərək birinci özümüzü suçlayaq”; İsgəndər Həmidov: “İşğala yol Ramiz Qəmbərov rəhmətə gedəndən sonra başladı”


Şuşanın işğalından 22 il ötdü. Ötən müddətdə bu qədim və strateji əhəmiyyətli şəhərimizin ələ keçirilməsi ilə bağlı mübahisələr davam edir. Şuşanın işğalı Rusiya ordusunun bilavasitə dəstəyi ilə reallaşması, Azərbaycanın ozamankı rəhbərliyinin məsuliyyətsizliyi, silahlı qüvvələr daxilində pərakəndəlik, müdafiə işinin düzgün qurulmaması və sair ilə əlaqələndirilir.



Azərbaycan Xalq Cəbhəsinin liderlərindən biri, AXC hakimiyyəti dövründə daxili işlər naziri postunu tutmuş İsgəndər Həmidov “Yeni Müsavat”a açıqlamasında Şuşanın işğalında AXC-nin günahlandırılmasını absurd adlandırır. O zaman müdafiə nazirinin Rəhim Qazıyev olduğunu, eyni zamanda AXC-nin silahlı birləşmələrinin olmadığını qeyd edən sabiq nazirin fikrincə, Şuşanın işğalına səbəb olan bir neçə xüsusi səbəblər olub: “Xalq Cəbhəsi həmin vaxt hakimiyyətdə deyildi, AXC-yə məxsus silahlı birləşmələr də yox idi. O zaman biz Azərbaycanın milli-azadlıq hərəkatında iştirak edirdik. Şuşanın işğalına yol Ramiz Qəmbərov rəhmətə gedəndən sonra başladı.



Ramiz Qəmbərov AXC-nin yerli şöbəsinin sədri idi, eyni zamanda Şuşanın müdafiəsinə rəhbərlik edirdi. Onun şəhid olmasından sonra Şuşanın müdafiəsi xeyli zəiflədi, pərakəndəlik yarandı. Şuşada iki əsas yüksəklik vardı. Birinci Böyük Kirs və Kiçik Kirs dağları, ikincisi isə Daşaltı yüksəkliyi idi. Bizimkilər Kirs yüksəkliyini itirəndən sonra Şuşanın müdafiəsi xeyli zəiflədi. Yalnız şuşalıların qəhrəmancasına müqaviməti nəticəsində Şuşa bir müddət davam gətirə bildi. Bizim o zaman Müdafiə Nazirliyinə, Şuşa birləşməsinə təsirimiz yox idi. Amma Şuşa və digər bölgələrin müdafiəsi üçün burdan çoxlu sayda silah və sursat alaraq rəhmətlik Tahir Məmmədov, Qabil Məmmədov, Mehdi Mehdiyev vasitəsilə Şuşaya, Laçına göndərirdik”. İ.Həmidov deyir ki, yerli özünümüdafiə qüvvələri arasında xeyli dərəcədə pərakəndəlik, eyni zamanda həmin vaxt dövlətə rəhbərlik edən şəxsin siyasi nüfuzunun az olması işğalı şərtləndirən amillərdən olub.



Sabiq dövlət müşaviri Vəfa Quluzadənin Şuşanın işğalı və buna aparan səbəblərlə bağlı xeyli dərəcədə maraqlı xatirələri var. Quluzadə Şuşanın işğalından bir neçə ay əvvəl şəhərdə olduğunu və oradakı dözülməz şəraitlə tanış olduğunu deyir: “Azərbaycan gərək Şuşanın müdafiəsinə qalxaydı. Amma qalxmadı, dəhşət budur. Mənim yadımdadır, Şuşada gərgin vəziyyətin davam etdiyi vaxtlarda Kozırev Şuşaya və Xankəndinə gedəcəkdi. Mən o zaman Kozırevlə birlikdə Gəncəyə getdim. Orda dedim ki, mən gedirəm Şuşaya, siz Xankəndində işinizi görün, qayıdanda burdan məni də götürərsiniz. Onlar Xankəndinə getdi, mən isə Şuşaya. Birinci növbədə əsgərlərlə görüşdüm. Döyüşçülər şikayət etdilər, bildirdilər ki, Bakıdan gəlib-gedən yoxdur, heç kimin bizim əhvalımızdan xəbəri yoxdur. Biz ölməkdən deyil, yaradan qorxuruq. Çünki Şuşada tibbi təminat yoxdur. O zaman mənimlə birlikdə AzTV-nin əməkdaşı Telli xanım və bir operator vardı. Biz qərarlaşdırdıq ki, bütün bunları çəkək. Həmin vaxt mənə dedilər ki, biz ingilis dilini bilmirik, burda bir xaricini tutmuşuq, siz onu danışdırın. Mən onu danışdırdım. Bu, Hollandiyadan olan bir jurnalist-fotoqraf idi.



Mən ondan Şuşaya necə gəldiyini soruşdum. Dedi ki, Xankəndində idim, oradan da piyada qalxdım Şuşaya. Mən onda dəhşətə gəldim, soruşdum ki, bəs siz bu yolu minalamamısınız? Təsəvvür edin Şuşaya yol açıq idi. Bu o vaxtkı anarxiyanın, laqeydliyin bir nümunəsi idi. Mən bunların da hamısını lentə aldım. Daha sonra atəş xəttinə getdik. Erməni snayperlərinin atəşi altında səngərdə əsgərlərlə görüşüb söhbət etdik. Bakıya qayıtdıqdan sonra bu materiallardan bir video-reportaj hazırladıq. Zəng elədim AzTV-nin o zamankı rəhbəri Elşad Quliyevə. Mənə dedi ki, Vəfa, biz bunu verə bilməyəcəyik. Soruşdum niyə? Dedi ki, sizin bu reportaj bütün Azərbaycan rəhbərliyinə toxunur, ona görə. Vermədilər də. Üstündən bir neçə il keçəndən, Heydər Əliyev hakimiyyətə gələndən sonra mən o lent yazısını AzTV-dən istədim, ancaq qaytarmadılar. Bu gün-sabah dedilər, sonra da dedilər ki, itirmişik”.



Vəfa Quluzadə Tehran danışıqlarının Şuşanın işğalına təsirinin olmadığını deyir. Sabiq dövlət müşavirinin qəbaətincə, Tehran danışıqlarının alınmamasının və Şuşanın işğalının əsas səbəbkarı Rusiya olub: “1992-ci ilin mayında Yaqub Məmmədov Tehrana gedəndə biz də onunla getdik. Mən əvvəl onu çəkindirmək istədim ki, mənası yoxdur, getməsin. Amma getdik və Tehranda atəşkəs haqqında saziş imzalandı. Ancaq buna baxmayaraq Levon Terpetrosyan orda ola-ola ermənilər Şuşanı işğal elədilər. Bu, Rusiyanın İrana mesajı idi ki, bizim işlərimizə qarışma. Bu, Rusiya işğalı idi. Eyni zamanda onun göstəricisi idi ki, erməni prezident öz ordusuna cavabdeh deyil. Çünki Levon Terpetrosyan çox pərt olmuşdu. Təsəvvür edin, prezident gedib sülhə imza atır, onun qoşunları isə gedib ərazi işğal edir... Rusiya İrana mane olmasaydı, ermənilərlə sülhə nail olacaqdıq. 1996-cı ildə də Rusiya mane oldu. Levon Terpetrosyan mərhələli sülhü təklif edəndə biz razılaşdıq, amma onu işdən qovdular. 1999-cu ildə güzəştli sülhə yenə də Rusiya mane oldu. Bu o deməkdir ki, Rusiya hər hansı sülhə razı deyil. Rusiyanın istədiyi nə sülh, nə hərb vəziyyətinin davam etməsi, iki ölkənin də ondan asılı vəziyyətdə qalmasıdır”. Politoloqa görə, Şuşanın müdafiəsi istiqamətində dövlətin ozamankı rəhbərliyi ciddi tədbirlər görməyib: “Şuşanın verilməsində biz gərək birinci növbədə özümüzü suçlayaq”.


Teqlər:
Bu xəbər cəmi 995 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR