“Yenimeydan.info” xəbər verir ki, bu sözlər Mia.az-ın elektorn postuna komitənin adının çəkilməsini istəməyən əməkdaşı göndərib. Məlumata görə, Elşad İskəndərov komitədə Elçin Əsgərovun rəhbərliyi ilə qisas planı hazırlanıb: «Elşad İsgəndərovun komitəyə gətirdiyi yaxın qohumları İlham Axundov, Daşqın Rəcəbli, Kamran Lazımov bu planın komitədəki icraçılarıdır. Elşad İskəndərov prezidentin məlum sərəncamından sonra saat 11-ə qədər komitədə iclas kecirmiş, tapşırıqlarını verdi. Artıq ən vacib sənədlər xususi aparatla məhv edilmişdir. Mətbuat xidmətindən Orxan Əliyev artıq komitənin serverini təmizləyib. Nurçularla baglı informasiyaları silib. Bu barədə Elşad İskəndərova məlumat verib ki, hər şey qaydasındadır. Lakin sənədləri məhv etmək uzun proses olduğundan bu iş davam edir.
Elşad İskəndərovun vəzifədən kənarlaşdırılması ilə barışmayan qüvvələr yeni ssenari hazırlayıb.
Xatırladım ki, Elşad İskəndərov vacib vəzifələrə öz adamlarını yerləşdirib. Hüquq şöbəsinin mudiri Səbinə Allahverdiyeva, ekspertiza şobəsinin müdiri Nahid Məmmədov və ümumi şöbənin işcisi Aynur Dadaşova məktubları, dini ədəbiyyatlara qanunsuz verilən rəyləri dəyişdirir, məhv edirlər. Qeydiyyat jurnallarında dəyişikliklər edirlər. Maliyyə təsərrüfat şöbəsinin müdiri İlham Axundov maliyyə fırıldaqları ilə bağlı sənədləri məhv edir dəyişikliklər edir. Məxfi sənədlərin çoxu məhv edilib. Ən acınacaqlısı isə odur ki, bütün bu murdar əməlləri Səyyad Aranın uzərinə atmaq istəyirlər. Daşqın Rəcəbli hər dəqiqə Elçin Əsgərovla əlaqə saxlayır, hesabat verir. Elçin deyib narahat olmayın, dini durum bizim nəzarətimizdədir. Amma Elçin Əsgərov onu da xəbərdarlıq edib ki, yoxlamaya qədər hər şeyi təmizləməsəniz, hamımız həbs olunacağıq. Bu məqsədlə dini vəziyyəti gərginləşdirib, Səyyad Aranı «ofsayt» eləməkisyrlər. Nurçularla baglı demək olar ki, bütün sənədlər məhv edilib. İki gün ərzindəmaliyyə maxinasiyaları sənədləri dəyişdirilir, məhv edilir».
Komitənin işçisi eyni zamanda iddia edir ki, Elşad İskəndərov maliyyə mənimsəmələrinimaliyyə nazirinin muavini, həm də qaynı Azər Bayramova arxayın olaraq, həyata keçirib.
İddialarla bağlı qarşı tərəfin mövqeyini də yayımlamağa hazırıq.