Nazirlikdən verilən məlumata görə, onlardan 293 nəfər Böyük Vətən müharibəsi, 141 nəfər hərbi xidmət və 424 nəfər Çernobıl əlilidir.
Bununla bağlı Dövlət başçısının 30 aprel 2014-cü il tarixli Sərəncamına əsasən, 1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan, xüsusi nəqliyyat almaq üçün tibbi göstəriş əsasında 2014-cü ilədək növbəyə durmuş şəxslərin dövlət tərəfindən pulsuz verilən xüsusi avtonəqliyyatla tam təmin olunması üçün Azərbaycan Prezidentinin ehtiyat fondundan 3,5 milyon manat ayrılıb.
Nazirlikdən həmçinin qeyd olunub ki, hər il olduğu kimi, bu il də 9 May - Qələbə günü ərəfəsində Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımların verilməsi barədə Sərəncam imzalanıb və hazırki vəziyyətə qeyd olunan təbəqələrdən olan 22879 nəfərə birdəfəlik maddi yardım verilməsini nəzərdə tutur.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 17 mart 2014-cü il tarixli Fərmanına əsasən, Böyük Vətən müharibəsi əlillərinə verilən Azərbaycan Prezidentinin təqaüdləri aprelin 1-dən I qrup əlillər üçün 110 manatdan 150 manata, II qrup əlillər üçün 85 manatdan 130 manata və III qrup əlillər üçün 60 manatdan 100 manata çatdırılıb.
Prezidentin digər, 30 aprel 2014-cü il tarixli Sərəncamı ilə Böyük Vətən müharibəsi iştirakçılarına, Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə təyin olunan Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği cari ilin may ayının 1-dən 82 faiz artırılaraq 100 manata qaldırılıb.