Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Akademik Milli Dram Teatrı "Min nəfəs, bir səs" teatr festivalında iştirak edəcək

Akademik Milli Dram Teatrı


Adanada keçirilən Sabançı Beynəlxalq Teatr Festivalından yenicə qayıtmış Akademik Milli Dram Teatrı bu gün daha bir Beynəlxalq Festivalda iştirak etmək üçün Türkiyənin Konya şəhərinə yola düşür.



 Türkiyənin qədim mədəniyyət mərkəzlərindən olan Konyada keçirilən “Min nəfəs, bir səs” teatr festivalında teatrımız Azərbaycanı “Kitabi-Dədə Qorqud” eposunun “Dirsə xan oğlu Buğac” boyu əsasında hazırlanmış “İlahi oyun” tamaşası ilə təmsil edəcək. 



Janrı bir hissəli soylama kimi müəyyənləşdirilmiş tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Amid Qasımov, işıq üzrə rəssamı Rafael Həsənovdur. Səhnə əsərində əməkdar artistlər Vidadi Həsənov, Pərviz Məmmədrzayev, aktyorlar Nigar Güləhmədova, Novruz Novruzlu çıxış edirlər.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Teatr Rəhbərlərinin Şurasının toplantısında Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun təklifinə əsasən, ümumtürk ədəbi abidəsi olan “Kitabi – Dədə Qorqud” dastanının müxtəlif boyları əsasında türkdilli dövlətlərin teatrlarının tamaşalar hazırlaması və festivala təqadim etməsi nəzərdə tutulmuşdu. Sözügedən layihə çərçivəsində hazırlanan tamaşalar Türkiyə Dövlət Teatrları Baş Müdirliyinin və Konya Dövlət Teatrının keçirdiyi VII “Min nəfəs, bir səs” Türkdilli Teatrların Beynəlxalq Festivalında təqdim olunacaq.



Türkiyə Dövlət Teatrları Baş Müdirliyinin və Konya Dövlət Teatrının təşəbbüsü, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin və Konya Valiliyinin dəstəyi ilə təşkil olunan “Min nəfəs, bir səs” Türkdilli Teatrların Beynəlxalq Festivalı artıq 7 ildir ki, mütəmadi şəkildə keçirilir və böyük maraqla qarşılanır. Dostluq və sülhü əsas məramı hesab edən festivalda bu 7 il ərzində müxtəlif ölkələrin türk dilində tamaşa hazırlayan teatr kollektivləri iştirak edib.



Festivalın bu ilki proqramına Türkiyə teatrları ilə yanaşı, Azərbaycan, İraq, Qazaxıstan, Dağıstan, Qaqauz, Balkarya və Hollandiya teatrları dəvət olunub. 4-14 may tarixlərində keçirilən festivalda 10 tamaşa nümayiş olunacaq.



Akademik Milli Dram Teatrının “İlahi oyun” tamaşası Ulu Öndərin doğum günündə - 10 may tarixində, yerli vaxtla saat 20.00-da nüamyiş olunacaq. Akademik Milli Dram Teatrının tamaşasının məhz Heydər Əliyevin doğum günündə təqdim olunması heç də təsadüfi deyil. Çünki məlum olduğu kimi, “Kitabi-Dədə Qorqud” dastanının Azərbaycan xalqının mühüm tarix və mədəniyyət qaynaqlarından biri kimi araşdırılılması işi Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsi ilə bağlı 20 aprel 1997-ci il tarixli müvafiq Fərmanından sonra sistemli şəkildə həyata keçirilməyə başladı. Ümummilli lider rəsmi sənədlərdə, yığıncaqlardakı çıxışlarında, habelə verdiyi müsahibələrində dönə-dönə “Kitabi-Dədə Qorqud” dastanının tarixi, mədəni dəyərindən bəhs edib, onu ədəbiyyatımızın ən dəyərli abidələrindən biri kimi qiymətləndirib. 1300 illik yubiley üzrə Dövlət Komissiyasının iclaslarında H.Əliyev alimlər, yaradıcı ziyalılar, eləcə də dövlət qurumları qarşısında məsələlər qaldırıb, yeni elmi, bədii, təsviri sənət əsərləri yaradılmasını tövsiyə edib, Dədə Qorqud dastanı ilə bağlı park kompleksinin hazırlanmasını gündəliyə gətirib, dastanın öyrənilməsi işinin yubileylə kifayətlənməyib, fasiləsiz davam etməsini xüsusi vurğulamışdı. Yeri gəlmişkən, Ulu Öndərin arzusu həyata keçmiş, ötən il Bakının Qorqud park kompleksi salınmış, “Kitabi-Dədə Qorqud” abidəsi ucaldılıb.



Bu mənada, bu gün belə möhtəşəm bir layihənin həyata keçirilməsi, türkdilli dövlətlərin teatrlarında “Kitabi-Dədə Qorqud” dastanının boyları əsasında tamaşaların hazırlanması və beynəlxalq festivalda nümayişi milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində gördüyü işlərin məntiqi davamı və uğurlu nəticəsi kimi dəyərləndirilə bilər.


Teqlər:
Bu xəbər cəmi 1140 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR