Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Heydər Əliyev və İpək Yolu”

“Heydər Əliyev və İpək Yolu”


“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi Azərbaycan Dillər Universitetinin Çin Dili və Mədəniyyəti Mərkəzində “Ümumilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi”nə və 4 May - “Çinin Gənclər günü”nə həsr olunmuş “Heydər Əliyev və İpək Yolu” mövzusunda dəyirmi masa keçirib. Bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib.



Tədbirdə Heydər Əliyevin Çin- Azərbaycan əlaqələrinin inkişafındakı rolu və Çin-Azərbaycan gəncləri arasındakı münasibətlər və gələcək inkişaf prioritetləri müzakirə olunub. Dəyirmi Masada çıxış edən Çin dili və Mədəniyyəti Mərkəzinin direktoru Rafiq Abbasov mərhum prezident Heydər Əliyevin iki ölkə arasında mövcud olan hazırkı dostluq münasibətlərindəki rolundan danışıb. Daha sonra çıxış edən “Böyük İpək Yolu” Beynəlxlaq Gənclər İttifaqının sədri ,deputat Fuad Muradov Çinlə Azərbaycan arasında mədəni əlaqələrin tarixindən söz açıb. “Heydər Əliyevin böyük xidməti bu gün mövcud ideoloji platforması azərbaycançılıq olan müstəqil Azərbaycan dövlətidir”-deyən deputat qeyd edib ki, məhz mərhum prezidentin dövründə Çin Xalq Respublikası ilə əlaqələrin əsası qoyulub. Onun sözlərinə görə, Heydər Əliyevin siyasətinin əsas hədəfi ölkəni tolerantlıq məkanı kimi dünyaya tanıtmaq idi.



Rəhbərlik etdiyi “Böyük İpək Yolu” BGT-nin məhz bu missiyaya xidmət etdiyini vurğulayın deputat təşkilatın üzvü olan 30-dan artıq dövlətdə yaşayan gənclərin mədəni-humanitar sahədə əlaqələrinin yaradılmasındakı rolundan danışıb. Tarixi ipək yolunun Çindən başlayaraq Avropya qədər uzandığını vurğulayan F. Muradov bildirib ki, bu tarixi marşrut önun üzərində yerləşən ölkələrin bir-biri ilə mədəni əməkdaşlığı üçün nadir imkanlardan olub.



Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin birinci katibi Li Yong Huay iki ölkə arasında olan əməkdaşlığın qarşılıqlı hörmət əsasında formalaşdığını vurğulayıb. Diplomat qeyd edib ki, Azərbaycanla Çin arasında olan mehriban münasibətlər iki ölkənin gəncləri arasında əlaqələrin inkişafına da öz töhfələrini verir.


Teqlər:
Bu xəbər cəmi 2045 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR