Cəmi üç gündür fəaliyyətə başlayan Azerfax.az-da texniki problemlər yaranıb.
Saytdan bildirilib ki, texniki problemlər səhər saatlarından yaranmağa başlayıb: “Əvvəlcə elə bildik ki, adi texniki problemdir, hostinq çatışmazlığıdır. amma saytımızın texniki məsul şəxsi Ziyafət Rəhmanzadənin verdiyi məlumata görə, bu, sırf xakker hücumudur.
Hazırda sayta 1 saniyədə 527 İP müdaxilə edir. Bu isə dəqiqədə 31620 İP deməkdir. Hələlik hücumun haradan təşkil olunduğunu müəyyən edə bilməmişik. Bu hücumları kimlərin və hansı səbədən təşkil etdiyini aydınlaşdırmağa çalışırıq. Yalnz onu təxmin edirik ki, hücumların arxasında bank sektoruna aid qüvvələr dayanır”.
Hakker hücumlarının qarşısını almaq üçün texniki işlər davam etdirilir. Sayt rəhbərliyi baş verənlərlə bağlı oxuculardan üzr istəyir.