Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında italyan dramaturqu Eduardo de Filipponun “Ruhlar” komediyasının motivləri əsasında hazırlanmış yeni tamaşanın son məşqləri keçirilir. SİA-nın mlumatına görə, insanın həyatda yerini tapmaq uğrunda apardığı mübarizəni əks etdirən yeni səhnə əsərinin quruluşçu rejissoru Tural Mustafayevdir.
Tamaşada baş qəhrəman Paskuale rolunu teatrın istedadlı aktyoru Əbülfəz Axundov canlandırır. Digər rolları isə əməkdar artist Adil Zeynalov, aktyorlardan Qızılgül Quliyeva, Miraslan Ağayev, Aynur Əhmədova, Niftulla Əsgərov və digərləri ifa edirlər.
Qeyd edək ki, yeni tamaşa yaxın günlərdə teatrsevərlərə təqdim olunacaq.