“Eurovision-2014” mahnı müsabiqəsinin yarımfinal şousunun açılışında qonaqlar maraqlı şounun şahidi olacaqlar.
Ənənəyə uyğun olaraq “Eurovision-2014” şousunun aparıcıları Liza Ronne, Pilo Asbek, Nikolay Koppel bu mötəbər layihənin tamaşaçılarını salamlayacaqlar.
59-cu “Eurovision” mahnı müsabiqəsində daha sonra Malta, İsrail, Norveç, Gürcüstan, Polşa, Avstriya, Litva, Finlandiya, İrlandiya, Belarus, Makedoniya, İsveçrə, Yunanıstan, Sloveniya, Rumıniya təmsilçiləri səhnə şoularını təqdim edəcəklər.
Səsvermə üçün ayrılmış vaxtda səhnədə müsabiqənin təşkilatçıları tərəfindən hazırlanmış şou nümayiş etdiriləcək. Sonra səsvermənin nəticələri elan ediləcək. İkinci yarımfinaldan dərhal sonra finala vəsiqə qazanmış 10 ölkə təmsilçisinin iştirakı ilə mətbuat konfransı keçiriləcək.