Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Qarabağ" kompozisiyası təqdim olundu

"Yeni nəsillər, o cümlədən Qarabağı görməyən, Qarabağda doğulmayanlar Qarabağı öyrənməlidir, öyrət məlidir, tanımalıdır, tanıtmalıdır.”


Bu sözləri millət vəkil Qənirə Paşayeva bu gün Bakının Yasamal rayonunda yerləşən Zərifə Əliyeva adına Liseydə keçirilən “Qarabağ” adlı kompozisiyanın təqdimat törənində söyləyib.



O, bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi üçün hər bir kəs üzərinə düşən missiyanın fərqində olmalıdır. “Gənclərimizə o torpaqları müvəqqəti itirdiyimiz hissini aşılamalıyıq. Biz öz torpaqlarımızı əlbəttə azad edəcəyik! Qarabağ problemi bizim hər birimizin problemidir, bütövlükdə Türk Dünyasının problemidir. Belə bir söz var



“Bizi dərd birləşdirir”. – Doğrudur, dərd bizi birləşdirir – Xocalı Soyqırımı, “20 yanvar” faciəsi və s. ... lakin bizi artıq təkcə dərd yox, ideya(lar), böyük hədəf(lər) birləşdirməlidir!” Çıxışına davam edən Qənirə Paşayeva gəncləri sosial paylaşım şəbəkələrində fəal olmağa çağıraraq, internet istifadəçisi olan yüz minlərlə insanımızın məhz ideyalı, böyük hədəflər uğrunda çalışan inamlı insanlar olmasını təmənna etdiyini bildirdi. O, konkret olaraq, bugünkü tədbirə töhfə olaraq, “Qarabağ” klipini internetdə paylaşmağa çağırdı.”



Qeyd edək ki, 2013-2014-cü tədris ilinin əvvəlində şagirdlərdə vətənpərvərlik hissinin formalaşdırlması məqəsədi ilə Təhsil naziri Mikayıl Cabbarov məktəblərədə bu məzmunda tədbirlərin keçirilməsi haqqında əmr imzalayıb. Həmin əmrə əsaslanaraq, Zərifə Əliyeva adına Lisey də, vətənpərvərlik ruhunda keçirilən ənənəvi tədbirlərdən savayı, gənc nəsli torpaqlarımızın işğaldan azad edilməsi uğurunda mübarizəyə səsləyən düşündürücü musiqili kompozisiya hazırlamağı qərara alıb. Pedoqoji kollektivin ümumi rəyi ilə bu kompozisiya üçün Q.Paşayevanın sözlərinə gənc bəstəçi Zümrüd Tağıyevanın bəstələdiyi musiqi əsasında əməkdar artist AZƏRİNin efir həyatı verdiyi “Qarabağ” adlı əsər seçilib. Bu məqsədlə liseyinmüəllim, şagird və valideyn kollektivi cari ilin fevral ayında Xızı rayonunda rejissor Namiq Ağayevin rəhbərliyi ilə çəkilişlərə başlayıb. Beləliklə, ideyası Liseyin direktoru Məhəbbət Vəliyevaya məxsus olan kompozisiya-klip araya-ərsəyə gəlib.



Bu kompozisiyanın çəkilişi ilə bağlı bütün təşkilati işləri adıkeçən təhsil müəssisəsi öz üzərinə götürüb. Bu gün (07.05.2014) Şuşanın işğalının 22ci ildönümü ərəfəsində həmin kompozisiyanın geniş təqdimat mərasimin keçirilməsini, mərasimdə mötəbər qonaqlarla yanaşı şagirdlərin, yeniyetmə və gənclərin iştirakını təasadüfi hal saymayan məktəb direktoru, qardaş Türkiyədən bir qrup ziyalının da mərasimə qatılmasını xüsusi vurğuladı, onlara təşəkkürünü çatdırdı. Təqdimatda millət vəkilləri, ictimai xadimlər, sənət xadimləri, KİV təmsilçiləri, liseyin müəllim və şagird kollektivinin nümayəndələri iştirak edirdi.



Təqdimat və anım mərasimi olaraq tərtib edilmiş tədbirdə bu möhtəşəm ideyanın müəllifi – liseyin direktoru Məhəbbət Vəliyeva, Xankəndindən seçilmiş millət vəkili Flora Qasımova, yaradıcı heyətin bütün üzvləri, Türkiyəli opera sənətçisi Oya Ergün, qardaş ölkədən gəlmiş başqa ziyalılar – dr. Bədri Bilgi (Manisa), Sərdar Ünsal (İğdır) və başqaları çıxış etdilər, öz duyğu və düşüncələrini bölüşdülər. Millət vəkili Flora Qasımova diqqəti Xankəndinin, Şuşanın, ümumən Dağlıq Qarabağın dünəninə yönəldərək, xatirələrini danışdı, gənc nəslə ünvanlanmış tövsiyyələrini səsləndirdi və Qarabağın bütövlükdə azad olunacağı günə inamla və idrakla yanaşmağı hər birimizin həyat amalı olaraq dəyərləndirdi.



AZƏRİNin Xalq şairi Xəlil Rza Ulutürkün “...Eşqi tükənməyən Azərbaycanam!..” sözləri ilə süslənmiş şeirini oxuması, Qarabağ ağrımız, Azərbaycan həqiqətlərinin dünyaya daha geniş çatdırılması istiqamətində hər bir insanın üzərinə düşən vəzifələr, sənət adamlarının bu istiqamətdə missiyası ilə bağlı fikirləri, həyəcanlı çağırışları mərasimdə zamanzaman duyğulu anlar yaşatdı... Millət vəkili Qənirə Paşayeva çıxışının sonunda “harada doğulub, harada yaşamasından asılı olmayaraq Qarabağ bütün Türklərin əsas məsələsi olmalıdır. İnşallah gələn tədbirlərimizi birlikdə işğaldan azad edəcəyimiz Qarabağımızda, Xankəndində, Şuşada, Xocalıda və digər o cənnət bölgələrimizdə keçirək” deyib.



Tədbirdə əsərin musiqisinin müəllifi Zümrüd Tağıyeva, klipin rejissoru Namiq Ağayev çıxış edərək öz təəssüratlarını, bu cür layihələrin bugünki və gənc nəsillər üçün önəmi barədə çıxış ediblər. Tədbirin sonunda klip təkrar nümayiş etdirilib və alqışlarla qarşılanıb.


Teqlər:
Bu xəbər cəmi 1285 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR