Türkiyə iki F-35 təyyarəsi almaq niyyətindədir. Bunu ölkənin Müdafiə Sənayesi Nazirliyi bəyan edib. Bu barədə çərşənbə günü Türkiyənin "TRT Haber" telekanalı xəbər yayıb.
İlk iki təyyarə 2018-ci ildə alınacaq. Ümumilikdə isə, 100-ə qədər F-35 təyyarəsinin alınması planlaşdırılır.
F-35 konstruksiyasının seçimi 2001-ci ildə Boeing (X-32 modeli) və Lockheed Martin (X-35 modeli) şirkətləri arasında JSF (vahid zərbə qırıcısı) proqramı üzrə müsabiqə nəticəsində edilib. Proqram HHQ, HDQ və dəniz piyadaları üçün F-16, A-10, F/A-18, AV-8 qırıcılarının əvəz edilməsi üçün vertikal və qısaldılmış uçuş və enmə imkanına malik vahid qırıcı modelinin yaradılmasını nəzərdə tutur.
F-35 qırıcısının ilk uçuşu 2006-cı il dekabrın 15-də həyata keçirilib. 2012-ci ildən qırıcıdan təlimlərdə istifadə olunur.
Təyyarə 3 əsas variantda yaradılır: F-35А - 153,1 milyon dollar, F-35В - 196,5 milyon dollar və F-35С - 199,4 milyon dollar dəyərində.
Türkiyənin Müdafiə Sənayesi Nazirliyi Ankaranın hansı növdə qırıcı almağa hazırlaşdığını dəqiqləşdirməyib.