Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Astanada V Beynəlxalq İnvestisiya Forumu keçiriləcək

Astanada V Beynəlxalq İnvestisiya Forumu keçiriləcək


“VII Astana İqtisadi Forumu”u çərçivəsində bu il mayın 21-də İstiqlaliyyət sarayında “Astana Invest 2014” adlı V Beynəlxalq İnvestisiya Forumu keçiriləcək. SİA xəbər verir ki, bunu sözügedən Forumun media tərəfdaşı olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu “VII Astana İqtisadi Forumu”unun mətbuat xidmətinə istinadən deyib.



Onun sözlərinə görə, “Astana Invest” Forumunun məqsədi yerli və xarici investisiyaları Astanaya cəlb etmək, şəhərin investisiya inkişafı üzrə hazırkı məsələlərin müzakirəsi üçün bütün iştirakçıları marağına nail olmaq, eyni zamanda “Astana” imicinin təşviqi və beynəlxalq əməkdaşlığın yaradılmasıdır.



Müxtəlif hökumət agentlikləri, milli şirkətlər, inkişaf və maliyyə institutlarından, beynəlxalq investisiya şirkətlərindən, daxili və xarici biznes strukturlarından təxminən 400 nəfərin iştirakı gözlənilir.



Forumda Astananın “Ağıllı şəhərlər”in ən yüksək zirvəsinə daxil olması və Beynəlxalq dərəcədə hazırlanmış “EXPO – 2017” sərgisi üçün şəhərin infrastrukturunun hazırlanması məsələləri də müzakirə olunacaq.



Bundan başqa vahid sənaye - inovativ sərgisi çərçivəsində və Astana sənaye parkına səyahət ərzində Forumun qonaqları üçün paytaxtın investisiya tələb edən layihələri təqdim olunacaq.



Forumda investorlarla iqtisadi, hüquqi və regiondakı biznesin digər aspektləri barədə məlumat öyrənmək, Astananın investisiya layihələri ilə bağlı məlumat əldə etmək, həmçinin rəsmi nümayəndələrlə danışıqlar aparmaq və biznes mühitində olan regional investisiya əməkdaşlığı qurmaq imkanı veriləcəkdir.



Xatırladaq ki, bundan əvvəlki forumda təxminən 500 nəfər iştirak edib, investorlarla 1,5 milyard ABŞ dolları məbləğində 10 əməkdaşlıq memorandomu imzalanıb.


Teqlər:
Bu xəbər cəmi 1170 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR