Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d`Azerbaidjan" Beynəlxalq velosiped turu başlamışdır.
Əvvəlcə turda iştirak edən komandaların təqdimatı olmuşdur.
Yarışın birinci mərhələsi Dövlət Bayrağı Meydanından start götürmüşdür. Yürüş Qaradağ, Abşeron, Binəqədi rayonlarının ərazilərindən keçməklə Sumqayıt şəhərində başa çatacaqdır.
"Tour d`Azerbaidjan"da, ümumilikdə, 22 ölkəni təmsil edən 25 komanda birincilik uğrunda mübarizə aparır. Onlardan 8-i – "MTN-Qhubeka" (Cənubi Afrika Respublikası), "Caja Rural-Seguros RGA" (İspaniya), "Neri Sottoli", "Androni Giocattoli" (İtaliya), "Drapac Professional Cycling" (Avstraliya), "Team Novo Nordisk" (ABŞ), "Rusvelo" (Rusiya) və "CCC Polsat-Polkowice" (Polşa) pro-kontinental lisenziyalıdır.
Dünyada mövcud olan 17 pro-kontinental komandadan 8-i "Tour d`Azerbaidjan"da iştirak edir.
Turnirdə Azərbaycan "Synergy Baku Cycling Project" komandası ilə təmsil olunur.