Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Dünyaya məlum olmayan cisim tapıldı

Dünyaya məlum olmayan cisim tapıldı


Mendeleyev cədvəlinə yeni maddə əlavə oluna bilər. Cədvələ əlavə oluna biləcək 117-ci elementə hələ də ad verilməyib.



Almaniyanın ağır elementlər institutunda keçirilən sınaqlardan sonra Mendelyev cədvəlində olmayan 117-ci elementin varlığı artıq alimlərdə daha az şübhə doğurur. Bu elementi ilk dəfə 2009-cu ildə amerikalı və rusiyalı alimlər birgə əldə etmişdilər. Onun yaradılması üçün 97-ci element və Okric Milli Laborotoriyasının hazırladığı berkli 249 hədəf götürülmüşdü. Bunları U-400 sürətləndiricisində toqquşdurmuşdular.



Bu dəfə Darmştadt Universitetinin əməkdaşları 117-ci elementin 4 atomunu yarada biliblər. Həmin atomlar yalnız 0.1 saniyə mövcud olsa da, bu vaxt alimlərə imkan verib ki, elementin mövcudluğunu təsdiq etsinlər. Onlar 103-cü element olan lourensinin elmə əvvəllər mövcud olmayan izotopunu da qeydə alıblar. 



Dövri sistemdə urandan daha ağır olan elementlər stabil deyil. Bu səbəbdən də həmin elementləri təbiətdə aşkarlamaq çətindir. Onların ən ağırlarını yalnız süni üsulla, daha yüngül elementlərin toqquşdurulması ilə əldə etmək olur.



Darmştadt Universitetinin əməkdaşı Kristofer Dülman və onun komandası 119-cu elementi əldə etmək üçün titan və berkli atomlarını toqquşdurub. Bu cəhd uğursuz alındıqda, onlar 117-ci elementi əldə etməyə çalışıbar.



Yeni elementin Mendelyev cədvəlinə daxil edilməsi barədə qərarı beynəlxalq nəzəri və tətbiqi kimya və tətbiqi fizika ittifaqları qəbul edəcək. Bunun üçün isə daha dəqiq analizlər keçirilməlidir.



Qeyd edək ki, bundan əvvəl 2011-ci ildə cədvələ 114-cü element - flerovi və 116-cı element - livermori əlavə edilmişdi. Elementlərin cədvələ əlavə edilməsi prosesi üç il çəkmişdi.


Teqlər:
Bu xəbər cəmi 680 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR