Onun sözlərinə görə, dünyanın yalnız aparıcı ölkələrinin tibb müəssisələrində olan bu avadanlıq tələbələrin nəzəri və praktiki biliklərini təkmilləşdirməkdə müstəsna əhəmiyyətə malikdir.
“Yenimeydan.info” Modern.az-a istinadən xəbər verir ki, səhiyyə naziri Oqtay Şirəliyev Stomatoloji Mərkəzdə görülən işlər, klinikanın təchizatını yüksək dəyərləndirdiyini deyib. Nazirin sözlərinə görə, klinikanın bütün avadanlığı tibb elminin ən son nailiyyətlərinə cavab verir və bu cür müasir, modern texnoloji avadanlıqlarla çalışmaq rezidentlər üçün müsbət təcrübə yaradacaq.
Daha sonra isə nazir O.Şirəliyev və rektor Ə.Əmiraslanov ATU-nun 4 saylı tədris binasındakı vəziyyət, xüsusilə Elektron mikroskopiya laboratoriyasında quraşdırılan yeni avadanlıqla tanış olublar. Nazirə verilən məlumata görə, burada yaradılan şərait dünya universitetlərinin laboratoriyalarında istifadə olunan tam avtomatlaşdırılmış, ən müasir analizatorlar yerləşdirilib.
Nazirlə görüşdə stomatologiya fakültəsinin dekanı prof. Zöhrab Qarayev, uşaq stomatologiyası kafedrasının müdiri prof. Rəna Əliyeva, insan anatomiya kafedrasının müdiri Vaqif Şadlinski, kafedranın professoru Mübariz Allahverdiyev, epidemiologiya kafedrasının müdiri İbadulla Ağayev, biokimya kafedrasının müdiri Arif Əfəndiyev və digərləri iştirak ediblər.