Sabah günün ikinci yarısında Bakıda havanın temperaturunun 5-10 dərəcə aşağı düşəcəyi gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.
Onun sözlərinə görə, mayın 7-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacağı, aradabir şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 11-16, günün birinci yarısı 25 dərəcəyədək, ikinci yarısında isə 15-20 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə mayın 7-də hava əsasən yağmursuz keçəcək, gecə və axşam saatlarında dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal edilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə külək güclənəcək. Gecə 12-17, gündüz 27-32, dağlarda gecə 6-11, gün 20-25 dərəcə isti olacaq, ayrı-ayrı yerlərdə duman olacaq.