Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Ermənistanda hadisələr qızışır

Ermənistanda hadisələr qızışır
Ermənistanda fevralın 18-də keçirilən prezident seçkilərinin nəticələrini tanımayan və özünü seçkilərin qalibi elan edən İrs Partiyasının lideri Raffi Ovannisyanın tərəfdarları bu gün axşam İrəvanın Azadlıq meydanında növbəti mitinq keçirib.


Ermənistan mətbuatının xəbərlərinə görə, fevralın 21-də prezident Serj Sərkisyanla görüş keçirən, ancaq detallarını ertsi gün açıqlayacağını deyən Ovanisyan Daşnaksütun Partiyasının liderləri ilə danışıqlar aparıb. Dünən isə o ABŞ-ın İrəvandakı səfiri Con Heffern və ATƏT müşahidə missiyasının rəhbərləri ilə görüşüb. İrs Partiyası Azadlıq meydanında üç gün dalbadal mitinq keçirilməsi üçün İrəvan meriyasına müracit etsə də meriya buna icazə verməyib.

Mətbuat isə yazıb ki, Sərkisyan Ovannisyana hakim koalisiyada yer almağı təklif edib. “Fikirləş” deyə Sərkisyan Ovannisyana bildirib. Ermənistan prezidenti hakim partiyanın icra orqanına deyib ki, onların problemi yoxdur: “Qoy qərarlaşdırsınlar, sonra gəlib nə qərara gəldiklərini desinlər. Biz hər üç ssenariyə hazırıq.”

 Lakin Ovannisyanın Sərkisyanla görüşdən sonra Daşnaksütun Partiyasına getməsi və bütün müxalifəti onunla birləşməyə çağırması göstərib ki, keçmiş xarici işlər naziri hakimiyyətə ortaq olmaq istəmir. 22 fevralda, saat 17-də onun tərəfdarlarının növbəti mitinqi başlayıb, Ovannisyan tərəfdarları qarşısında qısa nitqlə çıxış edib, deyib ki, Sərkisyanla danışıqlarını aksiyanın gedişində açıqlayacaq. Mitinqə Daşnaksütun Partiyasının liderlərindən Armen Rüstəmyan da qatılıb. Çıxışçılar Sərkisyanın qələbəsini saxta adlandırıblar. Ovannisyan isə çıxışında deyib ki, o ölkənin bütün regionlarında mitinqlərə başlayacaq. O, Spitak, Artaşat, Vanadzor, Gümrü regionlarında bu gün aksiyaların keçiriləcəyini, fevralın 24-də isə İrəvanda yenidən mitinq olacağını açıqlayıb.


Teqlər:
Bu xəbər cəmi 1855 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR