Tədbirdə Azərbaycanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirmə şöbəsinin müdir müavini, poçt sektorunun müdiri Novruz Məmmədov və milli poçt operatoru “Azərpoçt”un mütəxəssisləri təmsil edəcəklər.
Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, iclasda DPİ-nın 25-ci Konqresinin qərarlarının reallaşdırılması məsələlərinin müzakirəsi, Poçt İstismarı Şurası sessiyasının nəticələrinə baxılması, Regional Rabitə Birliyinin Poçt Rabitəsi üzrə Komissiyasının və RRB-nin Poçt Rabitəsi Operatorlar Şurasının rəhbər vəzifələrinə seçkilərin keçirilməsi nəzərdə tutulmuşdur.
Dünya Poçt İttifaqının “Avropa və MDB ölkələrində logistik xəttin təkmilləşdirilməsi və xidmətin keyfiyyəti” strateji regional layihənin açılması üzrə beynəlxalq seminarda 2009-2012-ci illərdə və 2014-2016-cı illərdə xidmətin keyfiyyəti üzrə layihələr müzakirə olunacaq, logistik xətt (standartlar, istismar və hesablamalar) təqdim ediləcəkdir.