Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanda bu gün qəbul imtahanları başlayır

Azərbaycanda bu gün qəbul imtahanları başlayır
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirəcək.




 “Yenimeydan.info” xəbər verir ki, TQDK-nın məlumatına görə, imtahanda iştirakı nəzərdə tutulan 8215 abituriyentdən 3676 nəfəri oğlan, 4539 nəfəri qızdır. 5863 abituriyent orta ümumtəhsil müəssisələrinin bu ilki məzunu, 2352 nəfər isə əvvəlki illərin məzunlarıdır. 35 abituriyent ali təhsil müəssisələrinin məzunları, 363 abituriyent isə orta ixtisas təhsil müəssisələrinin məzunlarıdır. Ən yaşlı abituriyent 1970-ci il təvəllüdlü, ən gənc abituriyent isə 1999-cu il təvəllüdlüdür.



İmtahanın idarə olunması üçün 61 imtahan rəhbəri, 659 nəzarətçi müəllim ayrılıb.



Bakı şəhərində 5367 , Naxçıvanda 27 , Gəncədə 865, Sumqayıtda 524, Şəkidə 357, Ağcabədidə 102, Göyçayda 206, Şirvanda 128, Lənkəranda 134, Xaçmazda isə 505 nəfər abituriyentin imtahan verməsi nəzərdə tutulub.



İmtahan Bakı şəhərində 9 , Naxçıvanda 1 , Gəncədə 2 , Sumqayıtda 1, Şəkidə 1 , Ağcabədidə 1 , Göyçayda 1 , Şirvanda 1 , Lənkəranda 1 , Xaçmazda 1 binada keçirilir.



İmtahan bütün şəhərlərdə eyni vaxtda - saat 13:00-da başlanır.



Mayın 4-də keçiriləcək “Azərbaycan dili” fənni üzrə imtahanda “Elektron ərizə”lərini 25 aprel 2014-cü ilə kimi təsdiq etdirmiş rus bölməsinin abituriyentləri iştirak edirlər. “Elektron ərizə”lərini 25 aprel 2014-cü il tarixindən sonra təsdiq etdirən rus bölməsi abituriyentləri “Azərbaycan dili” fənni üzrə 2014-cü il iyulun 3-də keçiriləcək növbəti imtahanda iştirak edəcəklər.



İmtahan 45 dəqiqə ərzində aparılır və abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar.Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.



Mayın 4-də keçirilən imtahanda “qeyri-məqbul” qiyməti alan, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər 2014-cü il iyulun 3-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.


Teqlər:
Bu xəbər cəmi 2030 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR