Yaponiyanın Hönsü adasının mərkəzi hissəsində 4,3 bal gücündə zəlzələ baş verib. Dağıntılar və zəzərçəkənlər barədə məlumat verilmir.
Yaponiyanın Milli Meteorologiya İdarəsi Yapon dənizi sahillərində sunami təhlükəsi barədə elan verib, lakin bir neçə dəqiqədən sonra bunu ləğv edib.
Zəlzələnin episentri Qifu prefekturası ərazisində, ocağı isə dənizin ən dayaz yerində yerləşib. Yeraltı təkanlar qonşu Naqano və Toyama
prefekturalarında da hiss olunub.