İcbari Sığorta Bürosundan verilən məlumata görə, bunların 17 minə yaxın xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib.
Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 6,7 milyon manatdan çox olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 16,9%, sığorta haqlarının məbləğində 18,9% azalma müşahidə edilib.
Cari ilin aprel ayında orta sığorta haqqı 71,3 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,75 (bir manat yetmiş beş qəpik) azdır.