Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İctimai Palatada Sərdar Cəlaloğluya etiraz etdilər

İctimai Palatada Sərdar Cəlaloğluya etiraz etdilər
Bu gün İctimai Palatanın (İP) İnsan haqları komissiyası İsmayıllıda baş verən etirazlar zamanı repressiyalara və təzyiqlərə dair dinləmələr keçirib.


İctimai Palatanın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamalın sədrliyi ilə keçirilən toplantıda Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, KXCP sədri Mirmahmud Mirəlioğlu, ADP sədri Sərdar Cəlaloğlu, AMİP sədri Yusif Bağırzadə, AXP sədri Sülhəddin Əkbər, ALP sədrinin müavini Əvəz Temirxan, İctimai Palatanın Koordinasiya Şurasının üzvləri, siyasi partiya fəalları, tanınmış QHT rəhbərləri, hüquqşünaslar iştirak ediblər. Toplantıda ötən bir ay ərzində Binə Ticarət Mərkəzində, İsmayıllı, İmişli və Zaqatalada baş verən etiraz aksiyaları müzakirə edilib, hadisələrlə bağlı həbs olunan, repressiyalara məruz qalan şəxslərə hüquqi yardım göstərilməsi məsələsi müzakirə olunub.



Toplantıda çıxış edən Müsavat başqanı İsa Qəmbər ötən bir ay ərzində ölkədə cərəyan edən proseslər, bölgələrdə, eləcə də, paytaxtda keçirilən etiraz aksiyaları barədə danışıb. Müsavat başqanı bu hadisələrdən öncə, siyasi partiyaların, daha sonra İctimai Palatanın ölkədə islahatların aparılması ilə bağlı hakimiyyətə ünvanladığı islahat proqramlarından danışıb. İsa Qəmbər bildirib ki, bölgələrdə baş verən partlayışlar hakimiyyətin uzun illər ərzində islahata getməməsinin və yarıtmaz siyasətinin nəticəsidir: “Biz hələ o zaman demişdik ki, ölkədə köklü dəyişikliklər baş verməsə, xalq proseslərin önünə keçəcək”.



Vəkil Əsabəli Mustafayev Azərbaycanda törədilən hüquq pozuntuları ilə bağlı sayt açılmasını məsləhət gördü. O, beynəlxalq birliklə işləməyin yollarından danışdı: “AŞPA-da Ştrasserin layihəsinin təsdiqlənməməsi göstərdi ki, hakimiyyət Avrop qurumları ilə bizdən yaxşı işləyib”.



Azərbaycanda mülkiyyətin, torpaqların bir neçə ailənin əlində cəmləşdiyini deyən AMİP sədri Yusif Bağırzadə Quba, İsmayıllı, eləcə də buna oxşar hadisələr zamanı həbs olunan şəxslərə vicdan məhbusu adı verilməli olduğunu dedi.



Demokratiyasevər partiya liderlərini bir arada görməkdən məmnunluq duyduğunu deyən keçmiş vicdan məhbusu, hüquq müdafiəçisi Vidadi İsgəndərli xüsusi xidmət orqanlarının Binə TM-də baş verən etiraz aksiyasında müxalifət izi axtardıqlarını dedi. Hüquq müdafiəçisi bildirdi ki, Azərbaycan xalqının nicat yolunu İP-lə vəhdətdə görür.



Daha sonra ADP sədri S.Cəlaoğlu çıxış etdi. Bölgələrdə baş verən etiraz aksiyalarında xarici qüvvə amilinin olduğunu deyən partiya sədri, orduda elitalararası parçalanmanın başladığını, bu prosesin eks-prezident Əbülfəz Elçibəyin devrilməsi ərəfəsində baş verən hadisəyə bənzətdiyini bildirdi. O həmçinin qeyd etdi ki, sosial-iqtisadi müstəvidə baş verən hadisələr hüquqi-siyasi nəticələrə gətirib çıxarmır. Misirdə və Liviyadaı hazırkı durumu misal çəkən S.Cəlaloğlu qeyd etdi ki, mübarizə hüquqi-siyasi müstəviyə çıxarılmalıdır: “Elitalararası çaxnaşma ölkəni qanlı müstəviyə aparır”.



Daha sonra “Azadlıq” radiosunun bölgə müxbiri Elçin İsmayılov çıxış edərək İsmayıllıda gecə etiraz aksiyasından sonra səhər “daşatma” əməliyyatının hakimiyyət tərəfindən təşkil olunduğunu bildirdi.



ACP sədri Sülhəddin Əkbər ADP sədri Sərdar Cəlaloğlunun xarici qüvvələrlə bağlı səsləndirdiyi fikirləri dəstəklədiyini bildirdi. O, İlham Əliyevin daha bir müddət hakimiyyətdə qalmaq üçün ABŞ-la danışıqlar apardığını iddia etdi. Ölkədəki narazılıq fonunda siyasi prosesləri ələ almağın vacib olduğunu deyən partiya sədri müxalifətin yeni birlik modelinə dair təkliflə çıxış etdi. O bildirdi ki, İctimai Palata, Ziyalılar Forumu, QHT-lər, gənclər təşkilatlarını birləşdirən üstqurum yaradılmalıdır.



S.Əkbərin bu fikri Müsavat Partiyasının Məclis üzvü Sabir Məmmədlinin narazılığı ilə qarşılandı. O, bildirdi ki, bu təklifi edənlər hələ də Lenin nəzəriyyəsindən kənara çıxa bilməyiblər.



Tədbirdə daha çox təplikər isə S.Cəlaloğlunun ölkədə baş verən etirazlarda xarici qüvvə amilinə dair səsləndirdiyi fikirlər oldu.



Vəkil Namizəd Səfərov heç də S.Cəlaloğlu kimi düşünmədiyini söylədi : “Azərbaycanda dəyişikliklər demokratik qüvvələrin birliyindən keçir. Xalq ayağa qalxıb. Biz proseslərin arxasında yox, önündə olmalıyıq”.



M. Mirəlioğlu tədbir iştirakçılarına S.Cəlaloğlunun fikirlərini qəribliyə salmamağı tövsiyə etdi: “ETTEALAT Gəncədə at oynadır. Rusiya təhlükəsizlik orqanları Xətaidə enerji blokunu sıradan çıxarır. Gülər Əhmədova və Ramiz Mehdiyev məsələsi arxa plana keçir”.



Tədbirdə hüquqşünas Qurban Məmmədov ALP sədrinin müavini Əvəz Temirxan da çıxış etdi. Ə.Temirxan, təmsil etdiyi partiyanın hansısa siyasi qüvvə ilə əməkdaşlıq etməməyinə dair öhdəliyinin olmadığını dedi.



AXCP sədri Əli Kərimli də S.Cəlaloğlunun fikirlərinə sərt reaksiya verdi. AXCP sədri bildirdi ki, 80-ci illərdə də ölkədə xarici qüvvələrin maraqları toqquşurdu: “İndi neynəyək deyirsiniz? Status-kvonu saxlayıb duraq? Xarici qüvvələr bulanıq suda balıq tutacaq deyə, 20 il davam edən qəbiristanlıq sükutunu nə qədər saxlamalıyıq?”

İP KŞ üzvü Qələndər Muxtarlı, İP üzvü İmamverdi Cəfərov, Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev çıxış edərək ölkədə dəyişikliklərin xarici amilin dəstəyilə yox, müxalifət partiyalarının vahid mövqeyindən keçdiyini bildirdilər.



Toplantının sonunda V.İsgəndərli AXCP sədrini irəli sürdüyü və repressiyaya məruz qalan şəxslərə dəstək məqsədilə Siyasi Repressiya Fondunun yaradılmasına dair təklifi dəstəklədiyini bildirdi./musavat.com/


Teqlər:
Bu xəbər cəmi 2430 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR