Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Vergi orqanlarında işləmək istəyənlər üçün müsabiqə

Vergi orqanlarında işləmək istəyənlər üçün müsabiqə


Vergilər Nazirliyi dövlət vergi orqanlarında işləmək istəyən Azərbaycan vətəndaşları üçün müsabiqə elan edib.



Nazirliyin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə 5-18 may 2014-cü il tarixlərdə həyata keçirilir. İştirak etmək istəyənlər göstərilən müddət ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar. Ərizə formasını doldurub sistemə daxil etdikdən sonra namizədə kod verilir. Sənədlər qəbul edildikdən üç iş günü ərzində namizəd verilmiş kod əsasında ərizəsinin qəbul edilib-edilmədiyi barədə məlumat ala bilər.

Sənədləri qəbul edilən namizədlər 30 may - 2 iyun 2014-cü il tarixlərdə imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi, 16) götürməlidirlər. Müsabiqənin test imtahanının 3 iyun 2014-cü il tarixdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının müəyyən etdiyi yerdə keçirilməsi nəzərdə tutulur.



"Elektron ərizə" formasını doldurmazdan qabaq namizədlər "Sənədlərinin toplanması, yoxlanılması və müsabiqənin keçirilməsi" qaydaları ilə tanış olmalı, yalnız bu qaydalarla razı olduqları halda qeydiyyatdan keçməlidirlər. Elektron poçtu olan namizədlərin poçt ünvanına qeyd olunan qaydalar və digər məlumatlar göndərilir.



Müsabiqəyə 4, 5, 6, 8, 10, 11, 13 və 14 saylı ərazi vergi orqanları və Kəlbəcər rayonu Vergilər şöbəsi üzrə 17 vakant iş yeri çıxarılıb və müsabiqədə iştirak etmək istəyən vətəndaşlar bu vakant yerlərdən yalnız birinə qəbul olunmaq üçün ərizə ilə müraciət edə bilərlər.



Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizəd ərizəsində göstərdiyi vakant yer üzrə vəzifədən imtina etdikdə, Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılır. Müsabiqəyə qədər iş yerlərinin sayı dəyişə bilər.


Teqlər:
Bu xəbər cəmi 1215 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR