Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bu məhsulların Azərbaycana gətirilməsi qadağan ediləcək

Bu məhsulların Azərbaycana gətirilməsi qadağan ediləcək
Bazarda görünüşü gözəl, amma faydasından çox ziyanı olan məhsullara rast gəlmisiz. Görünüşü ilə hər kəsə gəl-gəl deyən bu məhsulların Azərbaycanda istehsalı və satışının qadağan ediləcəyi gözlənilir. Çünki mütəxəssislər bu cür meyvə-tərəvəzin insan orqanizmi üçün böyük təhlükə olduğunu bildirirlər. Təbii... müxtəlif heyvan mənşəli genlərin əlavə edildiyi həmin məhsullarda nə fayda ola bilər?!


Görünüşcə müştəriyə gəl-gəl deyən bu meyvələrin idxalı bu gün dünyanın 37-dən çox ölkəsində qəti qadağandır. Bu ölkələrdə geni dəyişdirilmiş məhsullar yalnız daxildə istehsal olunur və ciddi laborotor nəzarətdən keçdikdən sonra satşa buraxılır. Bəs bizdə necə?



Bazarlarda alça, çiyələk kimi mövsümü meyvələrlə yanaşı hətta qarpız da tapmaq olar, amma bunlar xarici məhsullardır və geni dəyişdirilib.



ANS PRESS-in paytaxt bazarlarında apardığı araşdırmadan məlum olub ki, ticarət mərkəzlərində həm xarici, həm də yerli geni dəyişdirilmiş meyvə-tərəvəz kifayət qədərdir.



Hazırda ölkəmizdə yalnız genetik modifikasiya olunmuş mədəni bitkilər və toxumları yoxlanılır. Meyvə və tərəvəz isə ümumiyyətlə yoxlamadan keçmir. Çünki bunun üçün qanunvericilikdə müvafiq prosedur qaydaları nəzərdə tutulmayıb. Bu boşluqları aradan qaldırmaq üçünsə, yaxın günlərdə Milli Məclis bəzi qanunlara yenidən baxacaq və geni dəyişdirilmiş toxum və bitkilərin, meyvələrin elmi tədqiqatlar istisna olmaqla ölkəyə idxalı, yerlərdə istehsalı və satışı tam qadağan olunacaq. Buna əməl etməyənlər üçünsə, hətta cəzalar da təklif olunur.



İqtisadçılar isə təklif edirlər ki, kənd təsərrüfatında GMO məhsullardan istifadəyə icazə verilsin. Amma ciddi nəzarəti saxlamaqla, xarici idxal isə təmamilə dayandırılsın.



Hazırda idxal olunan GMO məhsullarına nəzarət etmək hüququ Kənd Təsərrüfatı Nazirliyi və Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinə həvalə edilib. Amma tibb mütəxəssisləri hesab edirlər ki, yerli istehsalın yararlı və yararsız olmasını, insan orqanizminə mənfi təsirini öyrənmək üçün xüsusi laborator müayinələrə ehtiyac var.



Xüsusilə hamilə qadınların bu cür məhsullardan istifədəsi təhlükəlidir. Çünki geni dəyişdirilmiş məhsullar eybəcər və şikəst uşaqların doğulmasına səbəb ola bilər. Nə qədər ki, gec deyil bu məhsulların xarici görünüşünün arxasında dayanan dəhşətli və təhlükəli xəstəlikləri görmək lazımdır.


Teqlər:
Bu xəbər cəmi 1630 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR