Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Jurnalistika fakültəsi boş qala bilər”

“Jurnalistika fakültəsi boş qala bilər”


Məleykə Abbaszadə: “...bunu Mətbuat Şurası istədi”

“III qrupda bizdə bakalavr səviyyəsində 25864 abituriyent qeydiyyatdan keçib, onlardan təxminən 287-i jurnalistika imtahanında iştirak etmək istəyir . Bunlardan neçəsi 250 baldan yuxarı nəticə göstərəcək biz bilmirik. Keçən il jurnalistika ixtisasına bakalaviriat səviyyəsində birinci yerdə yazan 2 min nəfər olmuşdu, onlardan təxminən 300-ü həmin ixtisasa qəbul olunmuşdu”.



 Bu sözləri aprelin 30-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə efirdən səsləndirib. Onun sözlərinə görə, jurnalistika ixtisasına əlavə qabiliyyət imtahanın verilməsi birinci ildir tətbiq olunur deyə, sənəd qəbulu başa çatsa da, III qrupa sənəd verən abituriyentlərə jurnalistikanı seçmək üçün daha bir həftə şans veriləcək: “ Çünki 287 nəfər jurnalistikaya qəbul olunsa belə, bu fakültədə boş yerlər qalacaq”.

 TQDK sədri bu məsələdə Mətbuat Şurasının qərarının keçərli olduğunu söyləyib: “Əlavə imtahanlar nəzərdə tutulanda biz müsabiqə vəziyyətini də nəzərə almalıyıq. Bunu Mətbuat Şuarsı istədi ki, jurnalistikanı seçən abituriyentlər əlavə esse yazsınlar. Ona görə biz sənəd qəbulu zamanı o uşaqlar üçün xüsusi elektron ərizə hazırlamışıq ki, kim jurnalistikanı istəyir orada qeydiyyatdan keçməlidir. Onlar test imtahanlarından müvafiq bal toplayandan sonra esse yazacaqlar, esseni də Mətbuat Şurasının üzvləri qiymətləndirəcək. Mənə elə gəlir ki, təlim-tədris proseslərində, hansısa ixtisaslarda müasir dövrün tələblərinə uyğunlaşmayan problemlər var və burada çox şeyi dəyişmək lazımdır. Nədənsə elə başa düşülür ki, imtahan formasını dəyişməklə bu proses həll olunacaq. Mən izah etsəm də ki, imtahan fromasını dəyişmək problemi həll etmir, nədənsə sözüm keçmir. Məsələ ondadır ki, tədris prosesini dəyişmək lazımdır”.



 TQDK rəsmisi magistr pilləsində də jurnalistika ixtisasına seçimdə yerlərin boş qalacağını açıqlayıb: “Magistr pilləsində jurnalistikaya 36 yer var idi, 24 nəfər şifahi müsabiqədən keçdi. Mətbuat Şurasının üzvləri, jurnalistika fakültəsinin müəllimləri, redaktorlar bu prosesdə iştirak etdilər, hamısımı ikini mərhələyə yazı işinə buraxıblar. Amma məlumdur ki, 36 yerə 24 nəfər birinci mərhələni güzəştsiz keçibsə, orda da yerlər boş qalacaq. 



Mən bu fikirdəyəm ki, magistratura pilləsində ixtisas seçimi imkanları daha gemiş olmalıdır və biz bunu jurnalistika üçün yaratmışıq. Misal üçün təhsil haqqında jurnaist nəsə yazmaq istəyirsə, o gərək təhsilin problemlərini də öyrənsin. Təkcə yazmaq qabiliyyəti bu məsələni həll etmir. Hər halda biz təkliflərimizi Mətbuat Şurasına vermişdik”.


Teqlər:
Bu xəbər cəmi 1820 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR