Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

8 Erməni kəşfiyyatçısı əsir götürülüb

8 Erməni kəşfiyyatçısı əsir götürülüb
Tovuz rayonun sərhəd kəndi olan Əlibəylidə Ermənilərlə təmas xəttində dünən saat 18.30 dan başlayan atışma 2 saatdan çox davam edib.


Bu barədə  rayonun Əlibəyli kənd sakinləri məlumat veriblər. İnsidentlə bağlı ən ilginc məlumat isə 8 nəfər erməni kəşfiyyatçısının əsir götürülməsi ilə bağlıdır. Kənd sakinlərinin bildirdiyinə görə, insident zamanı erməni kəşfiyyatının 8 nəfərlik qrupu mühasirəyə alınıb: “Ermənilər kəşfiyyat qrupunu mühasirədən çıxarmaq üçün Tovuz və Qazax rayonun sərhəd kəndlərini güclü pulemyot və avtomat atəşinə tutublar. Qrupun mühasirəni yarmaq cəhdi boşa çıxıb və kəşfiyyatçılar girov götürülüblər. “ 



 Baş verən olayla bağlı Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq.Açıqlama verən nazirliyin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev Tovuz rayonu Əlibəyli kənd istiqamətində atəşkəsin pozulması ilə bağlı məlumatı təsdiqləsə də, əsir məsələ ilə bağlı hər hansı bir xəbərə malik olmadıqlarını bildirdi.


Teqlər:
Bu xəbər cəmi 1770 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR