Gömrük yüklərinin ASAN Xidmət vasitəsilə bəyan edilməsi planlaşdırılır.
APA-nın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib. Komitə sədri daha sonra deyib: “Gömrük ödənişlərinin banklar vasitəsi ilə köçürülməsi, elektron hökumət sahəsində görülən işlər, xidmət çərçivəsində sənədlərin qəbul olunmasını sürətləndirmək istəyirik. Belə hesab edirəm ki, sahibkarlıq inkişaf etdikcə, gömrük işçilərinin sayıqlığı daha da artırılmalı, və bu sahədə modern texnologiyalar və üsullar öyrənilərək tətbiq olunmalıdır”.