Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Qolf üzrə Azərbaycan turniri keçiriləcək

Qolf üzrə Azərbaycan turniri keçiriləcək
2012-ci ildə təsis edilən Azərbaycan Qolf Federasiyası, 2013-cü ilin sentyabr ayında inzibati binasının rəsmi açılışından sonra fəaliyyətə başlamışdır.


Federasiya çox qısa vaxt ərzində böyük uğurlara imza atmışdır.



Qubada ilk Milli Qolf Klubu yaradılmış və Federasiyanın nəzdində Bakı Qolf Akademiyası təsis edilmişdir.



Ölkəmizdə qolf idmanının yeni yarandığını nəzərə alan Azərbaycan Qolf Federasiyası gənclərin təlimi sahəsində mühüm addımlar atmışdır.



Belə ki, Bakının müxtəlif məktəblərində keçirilən təlimlərdə 1000-dən çox şagirdə qolf idmanının əsasları öyrədilir. Qolf Akademiyasının yaradılması isə görülən mühüm tədbirlər sırasındadır. Bu gün çoxlu sayda gənclərin Qolf Akademiyasına gələrək, burada qolfun əsaslarını öyrənmələri sevindirici haldır.



Bu il ilk dəfə olaraq Azərbaycan Qolf Federasiyası tərəfindən Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyacaq qolf üzrə Azərbaycan Turniri keçiriləcəkdir.



Heydər Əliyev adına Azərbaycan Turnirinin 6-7-8 iyun 2014-cü il tarixlərində Quba Milli Qolf Klubunda keçirilməsi nəzərdə tutulur.



Tədbirə dünyanın müxtəlif ölkələrindən həvəskar qolfçular qatılacaq. Ölkə miqyasında belə bir yarışların keçirilməsi qolfun, idmanın bir növü kimi daha da populyarlaşmasında əhəmiyyətli rol oyanayacaq.



Azərbaycan Qolf Federasiyası xarici əməkdaşlığa da böyük önəm verir. Belə ki, Federasiyanın dəvəti ilə bu il fevralın 15-də Beynəlxalq “European Tour”un rəhbəri Nick Tarratt ilk dəfə Azərbaycana səfəri çərçivəsində Bakı Qolf Akademiyası, Qubadakı Milli Qolf Klubu ilə yaxından tanış olmuşdur.



Və bu səfərin nəticəsi kimi, Avropanın ən mötəbər qolf yarışlarının rəsmi təşkilatçısı olan “European tour” ilə bu ilin yay mövsümündə Azərbaycanda “Challenge Tour”-un keçiriləcəyi haqqında razılıq əldə olunmuşdur.



Qeyd edək ki, “European Tour” Avropada professional zəmində qolf yarışlarının keçirilməsinə 1986-cı ildən etibarən başlayıb və bu yarışlar müasir dövrümüzün ən mötəbər qolf yarışlarından hesab olunur.



“Challenge tour” dünya çərçivəsində çox mötəbər bir qolf yarışı statusunu qazanmışdır. Yarışlarda qalib gələn yüksək pillələri qazanmış 15 oyunçu “European tour”-un növbəti mərhələsində iştirak hüququ qazanır və bu silsilədən olan oyunların keçiriləcəyi ölkələrdən biri olmaq, bu yarışlardan birinə ev sahibliyi etmək Azərbaycanda qolfun inkişafının bariz nümunəsidir.



Bu mötəbər beynəlxalq tədbir 2014-cü ilin 30 iyul – 3 avqust 2014 tarixlərində, Quba şəhərində, 18 dəlikli, dünya standartlarına cavab verən Milli Qolf Klubunda baş tutacaq. Tədbirə dünyanın müxtəlif ölkələrindən gəlmiş 72 qolfçu qatılacaq. Bundan əlavə, bu tədbir çərçivəsində Azərbaycan Qolf Federasiyasının dəvəti ilə Avropa ölkələrindən mötəbər qonaqlar doğma Azərbaycanımızı ziyarət edəcəklər.



Azərbaycan Qolf Federasiyasının məqsədi 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında azərbaycanlı qolfçulardan ibarət komandanın iştirakını təmin etməkdir.



Qolf 2012-ci ildən Olimpiya oyunları siyahısındadır və buna görə də, Azərbaycanın Qolf Federasiyası yeniyetmələrdən ibarət milli yığmanın və Olimpiya yığmasının yaradılması istiqamətində ciddi şəkildə iş aparır.



İnanırıq ki, bu sahədə aparılan işlər səmərəli olacaq və qısa bir müddətdə Azərbaycanda qolf idmanı üzrə tanınmış simalar yetişəcəklər.


Teqlər:
Bu xəbər cəmi 1515 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR