Milli Məclisin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyevin qudası və qızı işdən uzaqlaşdırılıb.
Bu barədə Mia.az-a daxil olan məlumata görə, Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov Şəmsəddin Hacıyevin universitetdəki yaxın ətrafı ilə bərabər, qardaşının qudasını da işdən çıxarıb: «Şəmsəddin Hacıyevin qudası, daha dəqiqi, qardaşının qudası olan Beynəlxalq İqtisadi münasibətlər fakültəsinin dekanı Müzəffər Məmmədovu da vəzifəsindən azad etdi. Yeni rektor keçmiş rektorun qudası ilə yanaşı, onun bir neçə həmyerlisini və Universitetdəki istedadlar qrupuna rəhbərlik edən qızı Çeşmə xanımı da işdən uzaqlaşdırıb».
Məsələ ilə bağlı Ş.Hacıyevlə əlaqə yaratmaq mümkün olmayıb. Sabiq dekan Müzəffər Məmmədov isə mobil telefonuna edilən zəngə cavab verməyib.
Tərəfləri dinləməyə hazırıq.