Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanda neft-qaz boru kəmərləri yenidən qurulur

Azərbaycanda neft-qaz boru kəmərləri yenidən qurulur
Dövlət Neft Şirkətinin “Neftqaztikinti” Tresti tərəfindən neft-qaz boru kəmərlərinin yenidənqurulması işləri aparılır.


Trestin müvafiq strukturları “Qazıməmməd-Qazax” magistral qaz kəmərinin (1-ci xətt) 0-210 km arası hissəsinin yenidənqurulması” layihəsi üzrə işləri davam etdirirlər.



Layihənin icrasında məqsəd magistral qaz kəməri vasitəsi ilə Şirvan düzünün yamaclarından başlayaraq Böyük Qafqaz sıra dağlarının cənub yamaclarına qədər ərazilərə (Hacıqabul, Kürdəmir, Ağsu, Göyçay, Ağdaş və Yevlax rayonları) itkisiz və fasiləsiz qaz ötürülməsini təmin etməkdir.



Bu məqsədlə ümumi uzunluğu 210 kilometrlik 1020 millimetrlik boru kəməri çəkilib. Hazırda kəmərin Göyçay rayonu ərazisindəki 114-138 kilometrlik hissəsində işlər davam etdirilir və bu günə kimi 15 km uzunluğunda boru kəməri çəkilib. Boru kəmərində tikinti-quraşdırma işlərinin 4 il müddətində tamamlanması planlaşdırılır.



“Ümid” perspektiv strukturunda hasil olunacaq qaz və kondensatın 82 saylı Stasionar Dəniz Özülünə fasiləsiz nəql olunması məqsədi ilə “Ümid” və həmin özül arasında 16 düyməlik qaz və 8 düyməlik kondensat boru kəmərinin çəkilməsi layihələndirilib və işlərin yerinə yetirilməsi ”Neftqaztikinti” Trestinə həvalə olunub.



Kəmərlərin çəkilməsinə 2012-ci ildən başlanılıb və bu günə kimi “S.Vəzirov” boru düzən gəmi ilə ümumilikdə 36 km boru kəməri çəkilib. Bu günlərdə obyektin istismara verilməsi nəzərdə tutulur. İşlər “Neftqaztikinti” Trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsi tərəfindən yerinə yetirilir.


Teqlər:
Bu xəbər cəmi 1090 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR