Tanınmış hüquq müdafiəçisi Leyla Yunus həyat yoldaşı Arif Yunus ilə birlikdə aprelin 28-də saat 23-30 radələrində Bakı hava limanında Qətərin Doha şəhərinə gedərkən saxlanılıb.
"Yenimeydan.info" Turan-a istinadən xəbər verir ki, sərhədi keçərkən onlara ölkəni tərk etmələrinin qadağan olduğunu bildiriblər.
Amma Leyla və Arif Yunusu müşayiət edən Qərb diplomatları – Fransa səfiri və Amerika səfirinin müavini prezident administrasiyasının müavini Novruz Məmmədovla danışdıqdan sonra, onları sərhəddən buraxıblar. Daha sonra Leyla Yunus və əri təyyarəyə minərkən yenidən saxlnılıb.
Leyla Yunus telefonla bildirib ki, 4 nəfər mülkü geyimli şəxs videoçəkilişlə onları dindirmək istəyib, amma o, vəkilsiz suallara cavab verməkdən imtina edib.
Onlara bildiriblər ki, əvvəl çantaları, sonra isə ofis və mənzillərində axtarışlar aparılacaq. Hava limanına vəkil Xalid Bağırov yollanıb.