Günümüz hər bir insanın ən azı bir xarici dil bilməsini şərtləndirir. Bəziləri karyerada inkişaf, bəziləri səyahətlər üçün, bəziləri daha çox mədəniyyətlərlə tanış olmaq üçün, bəziləri də dünya ədəbiyyatını orijinal dildən oxumaq üçün və s. xarici dilləri öyrənirlər. Bəs xarici dili öyrənməyə harada və necə başlamaq lazımdır?
Dünyanın hər yerində dil tədrisi ilə məşğul olsan saysız-hesabsız mərkəzlər, kurslar fəaliyyət göstərir. Lakin sizin bu mərkəzlərə getməyə vaxtınız yoxdursa, bu, dil öyrənmək planlarınız mane olmamalıdır. Dil öyrənmək çətin bir missiya deyil, bunu özünüz də edə bilərsiniz. Bu məqalə dilə sürətlə və özül səviyyədə yiyələnə bilməyiniz üçün qısa yollar təqdim edir.
Tələffüzlə başlayın
Xarici dilin öyrənərkən ortaya çıxan çətinliklərdən biri yaddaşla bağlıdır. İlk baxışdan, minlərlə söz və onlarla qrammatik qaydaları öyrənmək və ən əsası onları yadda saxlamaq çətin görünə bilər.
Əslində yaddaşınızı yoxlasanız görəcəksiniz ki, tələffüz edə bilmədiyiniz sözləri yadda saxlamaq xeyli çətindir. Xarici dilin öyrədilməsi məhz buna görə də tələffüzlə başlayır. Xarici dil öyrənməyin çətinliklərindən biri odur ki, tələffüz edilməsi çətin olan sözlərlə doludur. Bu çətinliyi önləmək üçün qulaqlarınızı lap əvvəldən məşq elətdirməlisiniz. Bəs bunu necə etmək lazımdır? Bu mərhələ, qulaqlarınızı xarici dildəki səsləri eşitməyə öyrəşdirməklə başlayır. Daha sonra isə tələffüzlə bağlı vəsaitlərlə öz tələffüzünüzü məşq elətdirməlisiniz. Deməli, ilk öncə siz qulaqlarınızı xarici dildəki yeni səslərə öyrəşdirməlisiniz, daha sonra isə ağzınızı məşq elətdirərək onları tələffüz etməyə çalışmalısınız. Bunun digər faydaları da olacaq: dinləmə qabiliyyətiniz yüksələcək, nitqiniz yaxşılaşacaq, sözləri daha sürətlə öyrənəcəksiniz. Xarici dildəki səsləri yaxşı qavramalı – onların öz dilinizdəki səslərdən necə fərqləndiyini başa düşməli, bütün tələffüz qaydalarını bilməlisiniz.
Tərcümə etməyin
Xarici dili öyrənməyə başladıqda, ana dilini düşüncənizdən silməlisiniz. Lap elə ilk gündən bunu edə bilərsiniz. Məsələn, sözləri şəkillərlə öyrənə bilərsiniz. Onların anlamını dərk etmək üçün tərcüməsini yadda saxlamağa ehtiyac yoxdur. Qrammatikanı isə müəyyən sözlərin və ya cümlələrin müəyyən hissələrinin buraxıldığı sadə tapşırıqlarla öyrənə bilərsiniz. Bir sözlə, qrammatikanı və sözləri öyrənərkən onları yenidən öz dilinizə tərcümə etməyə çalışmadan sadəcə cümlələri düzgün qurmağa, fikrinizi çatdırmağa çalışa bilərsiniz. Müəyyən söz ehtiyatı və qrammatik biliklər qazandıqdan sonra, esselər yazmağa, televiziya proqramlarına baxmağa və kitab oxumağa başlayın.
Ilk 1000 söz!
Müasir linqvistik tədqiqatlar göstərir ki, hər hansı xarici dildə ən çox işlənən 1000 sözü öyrənsəniz, bu sizə rast gəldiyiniz hər mətnin 70%-ni anlamağa imkan verəcək. Növbəti 1000 sözü öyrəndikdə, bu göstərici 10%, daha 1000 söz öyrəndikdə isə 4% artacaq. Bundan səmərəli şəkildə istifadə edin. Məsələn, əgər səyahət etmək üçün öyrənirsinizsə, sizə elmi terminlər lazımdırmı? Yaxud əgər elmi məqalələr oxumaq istəyirsinizsə, işgüzar dilə ehtiyac varmı? Dili öz ehtiyaclarınıza uyğun öyrənmək sizin öyrənmə prosesinizin vaxt baxımından səmərəliliyini xeyli artırır.
Creative Education and Training Academy inanır ki, hər bir şəxs öz iradəsi ilə müstəqil şəkildə xarici dil öyrənməyə qabildir. Lakin dil öyrənmə prosesinin hər hansı mərhələsində yardıma ehtiyacınız olarsa, bizə müraciət edə bilərsiniz.
Ramal Bəylərov
CETA Təhsil və Təlim Akademiyasının təhsil meneceri
Ünvan: Ə.Quliyev küç. 116 (Xaqani Ticarət Mərkəzinin yaxınlığı)
Tel: +994125978945, +994552237746
Facebook: www.facebook.com/ceta.az