Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, bütün maliyyə mənbələrindən əsas kapitala 3,1 milyard manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 7 faiz çox vəsait yönəldilmiş, onun 67,5 faizi daxili mənbələr hesabına təmin edilmişdir.
Sərf edilmiş sərmayələrin 70 faizi məhsul istehsalı, 30 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunmuşdur. Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 49,5 faizini təşkil etmişdir.