Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb

Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.


Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-130, Kiçik Qafqazın çaylarında 50-90, Lənkəran-Astara bölgəsi çaylarında 10-30, Naxçıvan MR çaylarında isə ongünlük normanın 30 faizini təşkil edir.



Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, aprelin 25-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 12 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 560 m3/s olmaqla ongünlük normanın 79 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm bir qədər az olmaqla 401 m3/s və ongünlük normanın 56 faizini təşkil edib.



Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 114 m3/s olmaqla, ongünlük normanın 64 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 142 m3/s təşkil edərək ongünlük normanın 80 faizinə bərabər olub.



Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, aprelin 25-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra və Şirvan məntəqələrində 10, Salyanda 8, Bankədə 11 sm artım qeydə alınıb, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.



Hazırda Surra məntəqəsində suyun səviyyəsi 334 sm (2013-cü il aprelin 25-də 453 sm), Şirvanda 177 sm (2013-cü il aprelin 25-də 329 sm), Salyanda 93 sm (2013-cü il aprelin 25-də 265 sm), Bankədə 197 sm (2013-cü il aprelin 25-də 225 sm), Araz çayının Novruzlu məntəqəsində isə 34 sm (2013-cü il aprelin 25-də 190 sm) təşkil edir.


Teqlər:
Bu xəbər cəmi 1405 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR