Bakının bir hissəsi susuz qalacaq.
"Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti, 2 ünvanında yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işlərinin aparılması ilə əlaqədar 22 aprel 2014-cü il tarixdə Nizami rayonunun Qara Qarayev prospektinə, Özbəkistan, Azər Manafov, Əli Vəliyev, Rizvan Teymurov və Tofiq Abbasov küçələrinə içməli suyun verilməsi saat 19:00 radələrinədək dayandırılacaqdır.
Yaranan narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.