Əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalında 10,8 faiz, nəqliyyat vasitələrinin istehsalında 3,5 dəfə, avtomobil və qoşquların istehsalında isə 2,8 dəfə artım müşahidə olunub.
Ümumiyyətlə, yanvar-mart aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 8,2 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.
Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 21,0 faizini təşkil edib, qida, toxuculuq, geyim, ağac emalı və ağacdan məmulatların, kimya, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatlarının, maşın və avadanlıqların, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında daha çox artım müşahidə edilib.
Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-mart aylarının səviyyəsini 6,8 faiz üstələyib, neft-qaz sektorunda isə 3,6 faiz azalıb. Ümumi sənaye istehsalının 93,0 faizi malların (əmtəələrin), 7,0 faizi isə sənaye xarakterli xidmətlərin payına düşüb, məhsulun 80,2 faizi özəl bölmədə istehsal olunub.