TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün respublikanın 24 şəhər və rayonunda sınaq imtahanı keçiriləcək.
İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Gədəbəy, Ağstafa, Mingəçevir, Goranboy, Şəki, Balakən, Qəbələ, Bərdə, Ağcabədi, Ağdam, Göyçay, Ucar, Ağsu, Şirvan, Sabirabad, Lənkəran, Astara, Quba və Qusarda ümumilikdə 64 binada təşkil olunacaq.
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 49066 abituriyent qeydiyyatdan keçib. İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcəkdir. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar.