Qeyri-neft bölməsinin inkişafına sərf edilmiş vəsaitin həcmi 1756,3 milyon manat təşkil edib. O cümlədən 168,5 milyon manat (ümumi sərmayənin 5,4 faizi) qeyri-neft sənaye bolməsinin inkişafında istifadə edilib.
Qeyri-neft bölməsinə yönəldilmiş vəsaitin 76,5 faizi dovlət, 23,5 faizi qeyri-dovlət mulkiyyətli müəssisə və təşkilatların payına düşüb.
Qeyd edək ki, ötən ilin birinci rübündə qeyri-neft bölməsinə investisiya qoyuluşu 1823,3 mln. manat təşkil edib.
Ümumiyyətlə, 2014-cü ilin yanvar-mart aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 3125,9 milyon manat vəsait yönəldilib, onun 67,4 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 7,0 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi 25,4 faiz artıb.
Daxili mənbələrdən əsas kapitala yonəldilmis vəsaitin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,0 faiz artaraq ümumi sərmayənin 67,5 faizini təşkil edib, onun 68,7 faizi dövlət, 31,3 faizi isə qeyri-dövlət bölməsinin payına düşüb.