“Ay və Günəşin tutulması hadisəsinin sayı arta da bilər”. Bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov bildirib. O deyib ki, bu gün Bakı vaxtı ilə saat 10:58 ay tutulması başlayıb və 14:33-ə qədər davam edib.
X. Mikayılovun sözlərinə görə, Günəş tutulması əsasən Avstraliya, Sakit okean, ABŞ və Rusiyanın şərq vilayyətlərində açıq aşkar müşahidə edilib: “Azərbaycan ərazisində gündüz olması səbəbindən ayın tutulması müşahidə etmək mümkün olmayıb Ümumi ay tutulması 3 saat 35 dəqqə davam edib. Hər il ay və günəşin tutulması hadisəsi adətən iki dəfə baş verir. Ay, yer, günəş bir düz xəttində olanda bu hadisə baş verir”.