İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə 1-2 final mərhələsinin cütlükləri müəyyənləşib.
“Real Madrid” – “Bavariya”
“Çelsi” – “Atletiko Madrid”
Bu 4 komanda arasında Avropanın ən güclü adını yalnız “Atletiko” qazanmayıb. “Real” qitənin ən nüfuzlu klub turnirini hamıdan çox qazanan komandadırsa, “Çelsi” ilə “Bavariya” yarışın son iki qalibidir. Belə ki, ingiltərəlilər 2011/12, almaniyalılar 2012/13 mövsümündə Çempionlar Liqasında hamıdan güclü olub.
İndiyədək “Real” 12, “Bavariya” 10, “Çelsi” 2, “Atletiko” isə 1 dəfə finala yüksəlib.
Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları aprelin 22-23-də və 29-30-da keçiriləcək.