Bunun üçün də Facebook istifadəçilərini şifrələrini dəyişdirməyə çağırıb.
Belə ki, internet istifadəçilərinin şəxsi məlumatları Heartbleed Bug adı verilən təhlükəsizlik problemi səbəbiylə böyük bir təhlükə altındadır. Belə ki, istifadəçi mesajlarının şifrələndiyini düşündüyü halda əslində mesajın şifrəsini sındıracaq açarı üçüncü adam da görə bilir.
Bu da Open SSL sistemində təhlükəsizliyin təmin olunmasında buraxılan boşluqla əlaqədardır.
Google-un təhlükəsizlik bölümünün və Codenomicon şirkətinin aşkar etdiyi bu təhlükəsizlik boşluğunun aradan qaldırılması üçün xidmət göstərənlər artıq fəaliyyətə başlayıb. Çünki internetin təxminən 66 fazini işlədən Apache veb serveri Open SSL istifadə edir. Facebook, Twitter, Tumblr, Instagram, Google, Gmail bu şifrələmə sistemini istifadə etdiyi üçün təhlükə altındadır.
Codenomicon nümayəndəsi bildirib ki, bu saytlara girən istifadəçilər təcili şifrələrini dəyişdirməlidirlər. Mütəxəsssislər istifadəçilərə hərflər və rəqəmlərdən ibarət qarışıq şifrələr yazmalarını tövsiyyə edirlər.